İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın sabiq komanda üzvləri ilə qərarlaşdığı bina əlindən alınıb.
Əhmədinejad prezidentlik müddəti başa çatandan sonra keçmiş komandasının bir sıra üzvləri ilə birlikdə Tehranın Vənək məntəqəsində yerləşən Ladən binasına köçərək, siyasi fəaliyyətini burada davam etdirirdi. O, Tehranın Səədabad sarayının prezident muzeyindəki bütün hədiyyələri də həmin binaya daşıtdırmışdı. İran prezidenti Həsən Ruhani hökuməti ilə Əhmədinejad arasında binanın boşaldılması haqda əvvəlcədən razılıq əldə olunsa da, müəyyən səbəblərə görə binanın boşaldılması təxirə salınmışdı.
Virtualaz.org-un “Media forum”a istinadən məlumatına görə, noyabrın 12-də Ədliyyə Nazirliyinin nümayəndələri sübh saatlarında Vənək məntəqəsinə gələrək Ladən binasını Əhmədinejaddan geri alıblar. Binadakı bütün avadanlıq prezident aparatına köçürülüb. Bəzi mənbələrin bildirdiyinə görə, Əhmədinejada qərarlaşması üçün yeni bina təklif edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?