GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » NATO Rusiyanın Ukraynadakı uğursuzluqlarının Putini daha təhlükəli etdiyindən narahatdır

NATO Rusiyanın Ukraynadakı uğursuzluqlarının Putini daha təhlükəli etdiyindən narahatdır

Tarix: 24-03-2022, 18:00 Bölmə :Dünya Baxış: 256

Yüksək səviyyəli Qərb rəsmiləri getdikcə daha çox narahatırlar ki, Rusiyanın Ukraynadakı məğlubiyyətləri Prezident Vladimir Putini daha təhlükəli edir. Bəziləri hətta onu qəfəsdə olan və hücum etməyə hazır heyvana bənzədirlər.

Vaşinqton və Brüsseldən xəbərdarlıq yeni kəşfiyyat məlumatlarının Ukraynanın Moskvanı dalana dirədiyi bir vaxt Ukraynaya göndərilən Rusiya qoşunlarının 20 faizinin öldürüldüyü, yaralandığı və ya ələ keçirildiyini göstərməsindən sonraya təsadüf edib.

“Dalana dirədi demək doğrudurmu, bilmirəm, amma aydındır ki, bir ay keçəndən sonra Rusiya strateji məqsədlərinin, demək olar, heç birinə nail ola bilməyib,” çərşənbə günü adının açıqlanmasını istəməyən NATO-nun yüksək səviyyəli rəsmisi müxbirlərə deyib.

“Onlar Kyivdə ilişib qalıblar. Onlar Xarkivdə ilişiblər. Onlar Çernihivdə ilişiblər,” rəsmi deyib.

Təxminlərə “inamın az olması” səbəbilə Rusiya qoşunlarının Ukraynadakı itkiləri barədə danışmaqdan imtina edən ABŞ-ın müdafiə rəsmilərindən fərqli olaraq NATO rəsmiləri deyir ki, döyüş meydançasındakı bədəl ağır olub.

NATO çərşənbə günü döyüşlərdə 7 min ilə 15 min arası Rusiya qoşununun öldüyünü təxmin edib və bu təxminlər Ukraynadan gələn kəşfiyyat məlumatlarına, NATO-nun öz müşahidələrinə və Moskvanın səhvən yaydığı məlumata əsaslanır.

İttifaq inanır ki, xəsarət alan və itkin düşən əsgərlər də nəzərə alındığında Rusiyanın 30 min ilə 40 min arası qoşunu döyüş meydançasından çıxarılıb.

Ancaq Qərb rəsmiləri xəbərdarlıq edir ki, Putin geri çəkilmək əvəzinə uğursuzluqlara daha böyük qəddarlıq və keçmiş dövrü xatırladan taktikalarla cavab verir.

“Onlar cənubda daha çox nəticə əldə edirlər, amma bunun bədəli tamamilə dəhşətlidir,” NATO-nun yüksək səviyyəli rəsmisi deyib və Moskvanın Mariupol şəhərini təslim olmağa məcbur etmək üçün xalça bombardmanı həyata keçirməyə cəhd etməkdə günahlandırıb.

“Onlar İkinci Dünya Müharibəsi aparırlar, 70 illik üsullara əl atırlar,” rəsmi deyib. “Bu həddə çatmaq üçün küncə sıxışdırılmalı və belə vəhşiliyə əl atmaq üçün bütün əxlaqi insani qaydaları pozmağa məcbur edilməlisən.”

Rəsmi həmçinin xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanı tez bir zamanda özünə tabe edə bilməməsi Putinin Qərb dəyərlərinə qarşı mövcud nifrətini daha da dərinləşdirir və onun münaqişəni Ukraynadan kənara daşımaq ehtimalını artırır.

“İttifaq tamamilə risk altındadır,” rəsmi deyib.

Bundan əlavə Putinin kütləvi qırğın silahlarına, nüvə, kimyə və ya bioloji silahlara əl ata biləcəyinə dair narahatıqlar artır.

“Rusiya nüvə təhdidlərinə son qoymalıdır. Bu təhlükəlidir və məsuliyyətsizdir,” NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Brüsselsə müsbirlərə bildirib.

“Nüvə silahlarından istifadə münaqişənin mahiyyətini kökündən dəyişəcək,” Stoltenber deyib. “NATO bütün müttəfiqləri qorumaq və müdafiə etmək üçün var və biz Rusiyaya açıq şəkildə bildiririk ki, nüvə müharibəsində qalib gəlmək olmaz və heç vaxt da aparılmamalıdır.”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Ağ Ev və Pentaqon rəsmiləri isə buna yaxından nəzarət etməkdə davam edirlər.

“Biz bu potensial fövqəladə halı daim izləyirik və əlbəttə ki, onu mümkün qədər ciddiyə alırıq,” Ceyk Sallivan müxbirlərə deyib. “Biz bu potensial fövqəladə vəziyyətlə bağlı müttəfiqlər və tərəfdaşlarımızla məsləhətləşəcək və potensial cavablarımızı müzakirə edəcəyik.”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obama Putini hədələdi

    Obama Putini hədələdi ...

    17-04-2014, 10:26

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində

    Rus oliqarxlar yeni ABŞ sanksiyalarının hədəfində ...

    7-04-2018, 12:31

  • 
  • Obama ilə Putin nə danışdılar?

    Obama ilə Putin nə danışdılar? ...

    17-04-2014, 10:15

  • 
  • NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

    NATO Ukraynaya əlavə hərbi dəstək verəcək ...

    27-06-2015, 05:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu