Gundemxeber.az » Dünya » On minlərlə insan Pakistanın baş naziri Xana dəstək yürüşü keçirib
Pakistanın Baş naziri İmran Xanın on minlərlə tərəfdarı bazar günü paytaxt İslamabadda yürüş keçirərək, parlamentdə etimadsızlıq səsverməsi ilə üzləşən liderlərinin arxasında durub. Səsvermənin aprelin 4-də keçiriləcəyi gözlənilir.
Müxalifət partiyaları Aşağı Qanunvericilik Ralatası və ya Milli Assambleyaya müraciət edərək, keçmiş kriket ulduzunu ölkəni yanlış idarə etməkdə, iqtisadiyyatı və xarici siyasəti yönəldə bilməməkdə ittiham edir və etimadsızlıq təklifi irəli sürərək, onu devirməyə çalışır.
Pakistanın hakim Təhrik-i İnsaf Partiyası (PTI) siyasi güc nümayiş etdirmək üçün bazar günü təşkil etdiyi kütləvi mitinqdə çıxış edən Xan iddiaları rədd edib və səsləri qazanacağını deyib. Təhlilçilərin fikrincə bu, 2018-ci ildə hakimiyyətə gəldikdən bəri onun liderliyində ən ciddi problem ola bilər.
Baş nazir müxalifətin etimadsızlıq təklifinin onun hökumətini devirmək məqsədi daşıyan “xarici sui-qəsd”dən qaynaqlandığını iddia edib.
“Hökuməti dəyişmək üçün xaricdən Pakistana maliyyə vəsaiti göndərilir. Bunun üçün öz xalqımızdan istifadə edilir” - deyə, Xan bildirib.
O, “Bizi yazılı şəkildə hədələyiblər, lakin biz milli maraqlarımıza qarşı getməyəcəyik” deyib.
Xan tərəfdarlarına məktubun onda surətinin olduğunu bildirib və deyib ki, “Mən sadəcə ittihamlar irəli sürmürəm, məndə sübut üçün həmin məktubun özü var”.
Pakistan lideri bəzi “xarici qüvvələr”in onun hökumətinin xarici siyasətini müstəqil yürütməsini istəmədiyini desə də, bu barədə ətraflı açıqlama verməyib.
“İndi zəmanə dəyişib. Biz hər kəsi özümüzə dost edəcəyik, lakin onların köləsi olmayacaq” - deyə, Xan bildirib.
Müxalifət liderləri və müstəqil analitiklərin dediyinə görə, Xan seçkilərdə onun qələbəsini təşkil etdiyi iddia edilən ordunun dəstəyini itirib, müxalifəti ona qarşı etimadsızlıq səsverməsi verməyə təşviq edib.
Gundemxeber.AZ
28-07-2017, 13:28
14-07-2018, 12:05
28-03-2017, 23:12
20-11-2018, 10:38
3-04-2014, 12:18
Sorğu
Yeni dizaynımız necədir?