“Rusiya tərəfindən ordu generalı Aleksandr Dvornikovun Ukraynadakı müharibəyə komandan təyin edilməsi komandanlıq və nəzarəti mərkəzləşdirmək cəhdini əks etdirir. Hərbi aktivliyin koordinasiya edilə bilinməməsi bu günə qədər Rusiyanın işğal planlarına mane olub”.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Bir çox yüksək rütbəli Rusiya generalları kimi, Dvornikov da Suriyada keçmiş komandanlıq təcrübəsinə malikdir. Bundan əlavə, 2016-cı ildən Rusiyanın Ukraynanın Donbas bölgəsi ilə həmsərhəd olan Cənub Hərbi Dairəsinə komandanlıq edib. Dvornikovun təyinatı Ukraynanın qətiyyətli müqavimətinin və müharibədən əvvəlki səmərəsiz planlaşdırmanın Rusiyanı öz əməliyyatlarını yenidən qiymətləndirməyə necə vadar etdiyini bir daha nümayiş etdirir”, - məlumatda vurğunıb.
Qeyd edək ki, aprelin 8-də BBC general Aleksandr Dvornikovun Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına yeni komandan təyin edildiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?