GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin uğursuz dövləti: Rusiyanın gələcəyi sual altında… - Anders Aslund yazır

Putinin uğursuz dövləti: Rusiyanın gələcəyi sual altında… - Anders Aslund yazır

Tarix: 13-04-2022, 11:30 Bölmə :Dünya Baxış: 188

Anders Aslund
Amerikalı iqtisadçı, "Atlantic Council” araşdırma mərkəzinin baş elmi əməkdaşı

Ukraynanın rus ordusunun hücumunun dəf edilməsində son uğurları nəhəng Rusiya silahlı qüvvələrinin zəifliyini göstərdi. Hər bir şeyi müharibəyə və işğala bağlayan Vladimir Putin rejimi indi siyasi cəhətdən müflisdir və döyüş meydanında belə qalib gələ bilməyən müasir Spartanı idarə edir.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi inanılmaz dərəcədə axmaqlıq (və inanılmaz qəddarlıq) idi. Onun səhvi o qədər böyükdür ki, bəlkə də artıq Rusiyanı uğursuz dövlətə çevirib. Oksford lüğətinə görə uğursuz dövlət - "siyasi və iqtisadi sisteminin o qədər zəiflədiyi və hökumətin ona nəzarəti itirdiyi" bir dövlətdir.

Bu tərif artıq Rusiyanın indiki vəziyyətinə uyğundur və müharibənin Kremlin gücünü daha da zəiflədəcəyini gözləmək olar. Putin Ukraynaya hərbi cəhətdən məğlub olmaq üzrədir və belə uğursuzluq, Rusiyanın artıq bir dəfə ABŞ prezidenti Barak Obamanın laqeyd şəkildə dediyi kimi, hətta "regional güc” olmadığına dair siqnal göndərəcək. Ukraynalıların bildirdiyinə görə, onlar artıq Ukraynaya göndərilən 120 rus tabor-taktiki qrupundan 50-ni sıradan çıxarıblar; ümumilikdə isə Rusiyada cəmi 170 belə bir qrup var.
 
Ukrayna, Rusiya hücumunun dəf edilməsində əldə etdiyi uğuru təkcə əsgərlərinin qəhrəmanlığına və bacarıqlarına deyil, həm də Putin rejiminin total korrupsiyasına borcludur. Uzun illərdir ki, rus ordusu açıq-aşkar içəridən çürüyürdü.
 
Bu uğursuzluq xüsusilə təəccüblüdür, çünki Putin qədim Sparta kimi, yalnız müharibə üçün mövcud olan bir dövlət yaradıb. Onun 22 illik varlığının ən yüksək məqamları bunlar idi: 2008-ci ilin avqustunda kiçik Gürcüstanla beş günlük müharibə və 2014-cü ilin martında Krımın ilhaqı. Lakin Ukraynaya uğursuz hücumu bu illüziyaya son qoydu. Bu, Putinin ümid etdiyi kiçik və sürətli müharibə olmadı. O, 1904-1905-ci illərin fəlakətli Rus-Yapon müharibəsinə bənzər bir halla üzləşdi, həmin müharibədə Rusiya məğlub oldu və məğlubiyyət inqilabla nəticələndi.

Putin artıq Rusiyanı ənənəvi mənada idarə edə bilməz. 2003-cü ildən sonra o, sistemli şəkildə bütün dövlət institutlarını zəiflətdi (demokratik prosedurları, nəzarət və tarazlığı, qanunun aliliyini aradan qaldıraraq) və onların yerində avtoritar kleptokratiya yaratdı. O və dar çərçivədə olan "dostlar” elitası sözlə ifadə edilməyən miqyasda oğurluq edir, Rusiya vətəndaşları üçünsə heç nə edilmir. İndi bu "sabun köpüyü” tamamilə repressiyanın gücündən asılıdır.

2012-ci ildən sonra Putin Rusiyanın iqtisadi inkişafına maraq göstərməyi dayandırıb. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra iqtisadiyyat artmayıb və ölkənin həyat səviyyəsi 10% aşağı düşüb, bu isə kütləvi yoxsulluğa gətirib çıxarıb. Lakin Putinin heç vecinə də deyil, çünki o, yalan və təbliğatla bürünmüş hermetik otaqda yaşayır.
 
Tarixçi Timoti Snayderin yazdığı kimi, Putin öz hakimiyyətini əlində saxlamağa haqq qazandırmaq üçün səthi millətçi ideologiya yaradan protofaşistdir (Protofaşizm faşizmə təsir edən və onun əsasını təşkil edən ideologiyaların və mədəni hərəkatların bilavasitə sələflərinə aiddir-red). Putinizm - Rusiyanın böyük ölkə olduğunu iddia etmək və bunu kiçik ölkələr üzərində hərbi qələbələrlə sübut etməyə çalışmaqdan qaynaqlanır.
2007-ci ildə Rusiyanın ilk post-kommunist baş naziri (və mənim yaxşı dostum) Yeqor Qaydar "İmperiyanın süqutu: Müasir Rusiya üçün dərslər” kitabını nəşr etdi. Orada o, rusları Putinin indi təzahürünə çevrildiyi "post-imperiya sindromu”na qarşı xəbərdarlıq edib. Bu yol ancaq məhvə apara bilərdi. Və belə də oldu.

Rusiya iqtisadiyyatının planlı nəzarətin ləğvindən sonra bərpa olunduğu bir vaxtda Qaydar qorxurdu ki, SSRİ-nin süqutu ilə bağlı acılar revanşist avtoritarizmə gətirib çıxara bilər. O, Putinin hakimiyyəti ilə yeni yaranmaqda olan nasist rejimi arasında çox paralellər gördü: "Az adam xatırlayır ki, 1926-cı ildə imperiyanın dağılmasından səkkiz il sonra Almaniyada, 9 il sonra - 2000-ci ildə Rusiyada imperiya dövlət işarələri və simvolları bərpa edilib”. 
 
Putinin SSRİ-nin dağılmasını "XX əsrin ən böyük geosiyasi faciəsi” adlandıran məşhur bəyanatına cavab olaraq Qaydar xəbərdarlıq edib ki, "Rusiyanı yenidən imperiyaya çevirmək cəhdi onun mövcudluğunu təhlükə altına qoyacaq. Bu istiqamətdə hərəkət etmək riski yüksəkdir. Ona görə də ötən əsrlərin imperiyalarını, onların süqutu və parçalanması ilə bağlı problemləri anlamaq çox vacibdir”.
 
Qaydarın fikrincə, revanşist, neofaşist gələcəyin qarşısını almaq üçün keçmiş haqqında həqiqəti söyləmək lazımdır. "Veymar Respublikası hökumətinin Birinci dünya müharibəsinin başlanması haqqında həqiqəti söyləmək istəməməsi onun dağılmasına səbəb olan əsas amillərdən biri idi", - Qaydar yazırdı: "SSRİ-nin dağılmasının səbəbləri və mexanizmləri haqqında həqiqət sistemli şəkildə deyilmir”.

O, Putinin mülahizələrini tənqid edib: "Xarici düşmənlər tərəfindən dağıdılan firavan və qüdrətli dövlət əfsanəsi - ölkənin gələcəyi üçün təhlükəli olan mifdir”. Qaydar həmişə qorxurdu ki, Putin indi Ukraynada etdiyi işi nə vaxtsa edəcək. Qaydar haqlı idi, amma o, lazım olan vaxtdan əvvəl haqlı çıxdı: onun xəbərdarlıqlarına məhəl qoyulmadı. O, 2009-cu ildə 53 yaşında dünyasını dəyişdi və bu gün Rusiyanın gələcəyi məhz onun təsvir etdiyi axmaqlığa görə sual altındadır.

Alman cəmiyyəti Hitleri dayandıra bilmədiyi kimi, Rusiya cəmiyyəti hələ də Putini dayandıra bilməyib. Və beləliklə, 1939-cu ildə olduğu kimi, bu xoşagəlməz iş Qərbin çiyninə düşür. Bu gün Qərb Putinə və onun rejiminə Uinston Çörçilin Hitlerə qarşı münasibəti kimi davranmalıdır: onunla danışmayın, onu sadəcə məhv edin. Putin kimi dalana dirənmiş liderlər danışıqlarda etibarlı tərəfdaş olmurlar, onlat tərəfdaş olmaq üçün çox fanatik və ümidsizdirlər.

Bəli, təbii ki, indi Putinin, Rusiya ordusunun 1/3 hissəsi məhv edildiyindən yeganə arqumenti nüvə silahıdır. Lakin Qərbin də nüvə bombaları var və sadəcə olaraq Putinə və "düyməni basa bilənlərə” izah edilməlidir ki, nüvə silahından hər hansı istifadə tammiqyaslı cavab tədbirləri görəcək. Kuba raket böhranı zamanı Nikita Xruşşovla sərt ritorika işə yaradı və indi də işləyəcək, çünki bu, Putinin anladığı yeganə dildir. Qərb siyasətinin ruslara köməyi ondan ibarət olmalıdır ki, prezident Co Baydenin "Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz” müdrik sözlərini reallığa çevirsin.

Mənbə: "Project Syndicate"
Tərcümə: Nizami Bağırov
Qaynarinfo



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11

  • 
  • Putinin bu arzusu çin olmayacaq – Politoloq

    Putinin bu arzusu çin olmayacaq – Politoloq ...

    20-01-2018, 14:53

  • 
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir

    Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir ...

    14-11-2016, 18:51

  • 
  • Putin Dumanın iclasını çağırdı: Ukraynaya qoşun yeridilir

    Putin Dumanın iclasını çağırdı: Ukraynaya qoşun ...

    24-07-2014, 13:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu