Gundemxeber.az » Dünya » KİV: "Rusiya işğal etdiyi ərazilərdəki ukraynalıları Sibirə deportasiya edir"
Rusiya rəhbərliyi ukraynalıları işğal olunmuş ərazilərdən Sibirə və Şimal Qütb Dairəsinə köçürür. Təxminən 100 000 insan artıq evlərindən minlərlə km uzağa göndərilib.
Bu barədə Böyük Britaniyanın “Independent” qəzeti yazıb.
Nəşrin istinad etdiyi rəsmi sənədlərə görə, Kreml Donetsk və Luqansk vilayətlərinin 95 739 sakinini evlərindən 5 500 mil (8 850 km-dən çox) məsafəyə köçürmək barədə əmr verib.
“Fərmanda qeyd olunub ki, Ukraynadakı vəziyyəti nəzərə alaraq Rusiya vətəndaşlarının ölkənin subyektləri üzrə bölüşdürülməsini uzlaşdırır və yerli hakimiyyət orqanlarından 95 739 nəfərin qəbulunu təmin etməyi xahiş edir”, - nəşr qeyd edib.
Kremlin Çeçenistan, İnquşetiya və Dağıstan kimi digər regionlar da daxil olmaqla Sibirə 11 398, Uzaq Şərqə 7 218, Şimali Qafqaza isə 7 023 nəfər göndərməyi planlaşdırdığı vurğulanıb.
Sənədlərə istinad edən “The Independent” bildirib ki, Mariupolda insanlardan “Ukrayna qoşunlarının onların şəhərini atəşə tutması” ilə bağlı sənədləri imzalamağı xahiş ediblər./REPORT
3-09-2014, 13:43
19-07-2019, 11:10
11-05-2014, 12:38
19-02-2017, 19:58
13-06-2013, 15:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?