Gundemxeber.az » Dünya » Yunanlar və ermənilər hərəkətə keçdilər - Türkiyəyə qarşı kampaniya
ABŞ-da Türkiyə əleyhinə olan qruplar “F-16” qırıcılarının Ankaraya satışının qarşısını almaq üçün #NoJetsForTurkey (“Türkiyəyə təyyarə yoxdur”) adlı kampaniyaya başlayıb.
Kampaniyanın təşkilatçısı erməni və yunan diasporuna bağlı təşkilatlardır.
Kampaniya ABŞ-da hər kəsin birbaşa senatorlara müraciət edə biləcəyi petisiya şəklində təşkil edilib.
Anti-Türkiyə kampaniyasına dəstək verən qruplar arasında Yunan-Amerika Şurası, Amerika Erməniləri Milli Komitəsi (ANCA), Kipr üçün Ədalət Beynəlxalq Koordinasiya Komitəsi (PSEKA), Kaliforniya Amerika Yunan Şurası, Hindu Amerika Fondu kimi təşkilatlar var.
ABŞ Dövlət Departamenti aprelin 16-da Co Bayden administrasiyasının Türkiyəyə “F-16” döyüş təyyarələri satması ilə bağlı Konqresə məktub göndərib.
Məktubda “F-16”ların Türkiyəyə potensial satışının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olacağı və eyni zamanda NATO-nun uzunmüddətli birliyinə xidmət edəcəyi bildirilib./Teleqraf.com
11-12-2015, 03:05
19-10-2020, 15:24
23-11-2020, 12:44
20-07-2020, 15:33
9-10-2017, 14:35
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?