Gundemxeber.az » Dünya » ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri regiona səfər edir
“ABŞ Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına dair son şərhini, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son ikitərəfli danışıqları və Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayır”.
Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun Twitter hesabında bildirilib.
“Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib” - deyə, məlumatda qeyd edilir.
Endryu Şofer aprelin 18-də Yerevanda Ermənistanın Xairici İşlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb. Ermənistan Xarici İşlər Naziriyinin verdiyi məlumatda görüş zamanı Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı fikir mübadiləsi aparıldığı, erməni hərbi əsirlərin vətənə qaytarılması və erməni mədəni irsinin qorunması məsələlərinin müzakirə edildiyi bildirilib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays aprelin 14-də keçirilən brifinqdə Azərbaycan üzərindən “Azadlığa Dəstək Aktın”nın nə vaxt götürüləcəyi ilə bağlı sualın cavabında bildirib. “Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq.”
Prays deyib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.
“Dövlət katibinin bir gün əvvəl, aprelin 5-də iki liderlə telefon danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli qaydada və həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi əməkdaşlıq etməyə hazırdır,” Ned Prays qeyd edib.
Dövlət Departamentinin sözçüsü Moskvanın Ukraynadakı əməllərinin Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhməramlı səylərdə iştirakını diskvalifikasiya edib-etmədiyinə dair sualara cavab olaraq “Rusiyanın bu işdə oynaya biləcəyi roldan danışa bilmərəm. Mən deyə bilərəm ki, biz Ermənistan və Azərbaycanı yenidən ikitərəfli və ya həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT mexanizmi vasitəsilə danışıqlara cəlb etməyə hazırıq”deyib.
Aprelin 6-da Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderləri arasında üçtərəfli görüş keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanat yayıb.
“Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.
Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb," sənəddə qeyd edilir.
Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.
Prezident Mişel həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.
Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmiryol xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər,” bəyanatda deyilir.
19-06-2019, 12:24
18-05-2021, 10:06
14-01-2019, 14:28
24-07-2021, 18:39
8-10-2017, 11:43
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?