Bu gün Ermənistanda keçirilən etiraz aksiyası zamanı xeyli sayda müxalifətçi saxlanılıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İrəvanın Abovyan və Arami küçələrinin kəsişməsində təşkil edilmiş aksiyanın 15 iştirakçısı bölmələrə aparılıb.
"Polis bölmələrinə çatdırılanların hamısına İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi tətbiq edilir", məlumatda deyilir.
Qeyd edək ki, İrəvanda günorta saatlarında eyni vaxtda dörd aksiya təşkil edilib. Aksiya iştirakçıları avtoyürüşlə Respublika meydanına doğru gəlsələr də, etirazçıların heç biri ora buraxılmayıb. Polis avtomobilləri evakuatorlarla apararaq yolun hərəkət hissəsini azad edib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?