GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukraynanın eks-prezidenti dünyanı Rusiyaya qarşı birlik olmağa çağırır

Ukraynanın eks-prezidenti dünyanı Rusiyaya qarşı birlik olmağa çağırır

Tarix: 24-05-2022, 15:50 Bölmə :Dünya Baxış: 122

Sabiq Ukrayna Prezidenti Petro Poroşenko Ukraynadakı siyasətçilərə və dünya lidelərinə sadə bir mesajı var: birlik olun və Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda güzəştə getməyin.

“Putin yalnız güc başa düşür [və o,] dünyanın ona icazə verdiyi qədər irəli gedəcək,” 56 yaşlı siyasətçi və şokolad maqnatı “Nastoyaşeye Vremya”ya müsahibəsində bildirib. “Biz dünyada və xüsusilə də Avropada belə bir presedent yarada bilmərik ki, bir dövlət İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş sərhədləri zorla dəyişdirə bilsin.”

Sabiq prezidentin şərhləri Ukraynadakı müharibə artıq üç aydır davam etdiyi və döyüşlər daha çox ölkənin şərqində Donbas bölgəsində aparıldığı bir vaxta təsadüf edib. Orada Ukrayna və Rusiya qoşunları qəddar və ləng tükəndirmə döyüşü aparırlar.

Ukrayna ordusu bir çox ekspertlər və rəsmilərin münaqişənin ilk günlərində təxmin etdiyindən daha yaxşı nəticə göstərir və Rusiya qoşunlarını bir çox mühüm ərazilərdən çıxara bilib, Moskva isə müharibədəki məqsədlərini yenidən nəzərdən keçirərək, Ukraynanın şərq və cənubunun daha kiçik hissələrini ələ keçirməyi hədəfləyib.

Poroşenko deyir ki, müharibənin danışıqlar yolu ilə sona çatması üçün Kyiv və Moskva arasında hələ də ciddi məsafə qalır və Qərb Kremlə qarşı gördüyü sərt tədbirləri davam etdirməlidir, çünki onun sözlərinə görə, Putinin anladığı yeganə dil budur.

“Putin Ukraynanı bir dövlət kimi dünya xəritəsindən silmək istəyir,” Poroşenko deyib. [Ona görə də,] atəşkəsdən, rus qoşunlarının çıxarılmasından və humanitar vəziyyətin həllindən başqa heç nədən danışmaq mümkün deyil. Bir ölkənin ərazi bütövlüyü və suverenliyi güzəştə getmək olmaz.”

Ukraynalı siyasətçi həmçinin bildirib ki, Putinin çıxışları və bəyanatlarında Ukraynada nüvə və ya kimyəvi silahlardan istifadə etmək təhdidləri Qərb liderlərini çəkindirməməlidir. Poroşenko deyir ki, o bunu boş ritorika olaraq görür və Rusiya liderinin bu silahlardan istifadə etməyin əks təsirlərindən qorxduğuna inanır.

“O, kütləvi qırğın silahlarından istifadə etməyi düşünsə, ona qorxu mane olacaq, çünki Putin cavab zərbələri ilə məhv ediləcəyini [bilir],” Poroşenko deyib.

Ölkədə birliyə çağırış

Poroşenko 2014-cü ildə xalq üsyanı nəticəsində keçmiş prezident Viktor Yanukoviçin ölkədən qaçmasından sonra hakimiyyətə gəlib və daha sonra onun hakimiyyəti dövründə Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçı qüvvələrlə müharibə başlayıb.

Poroşenko müsahibədə müharibə zamanı “Ukrayna daxilində birliyə” çağırıb və deyib ki, fevralın 24-də Prezident Zelenski ilə görüşüb və “yenidən başlamaq” üçün fikir ayrılıqlarını kənara qoymağa razılaşıb.

“Başa düşün ki, [Rusiyanın hərbi müdaxiləsindən] öncə və sonrakı həyatlar tamamilə fərqli dünyalardır,” Poroşenko deyib. “Bizim [Ukrayna üçün ölənlərin] qohumlarının gözlərinə baxmaq kimi bir öhdəliyimiz var. [Onlar] canlarını ona görə verməyiblər ki, biz yenidən köhnə vəziyyətə qayıdaq.”

Poroşenko hakimiyyətdə qaldığı beş il ərzində Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını başladıb, 27 üzvlük ittifaqla Assosiasiya Razılığını imzalayıb və ölkənin hərbi ittifaqa qoşulmaq niyyətini konstitusiyaya daxil edib. Lakin, korrupsiya ilə mübarizə sahəsində islahatların olmaması və yaşayış standartlarının azalması səbəbilə onun populyarlığı azalıb.

Ukraynanın ən zəngin vətəndaşlarından biri olan Poroşenko parlament üzvüdür və Avropa Həmrəyliyi adlı müxalif partiyanın lideridir.

Poroşenkoya qarşı qaldırılan dövlətə xəyanət ittihamları onun iddia olunana görə, 2014 və 2015-ci illərdə prezident olarkən Donbasdan külli miqdarda kömür satışının təşkil etməsi ilə əlaqəli idi ki, prokurorlar bu satışın separatçıları maliyyələşdirməyə kömək etdiyini bildirmişdi. Poroşenko ittihamları rədd edib və onların siyasi məqsəd danışıdığını Zelenski tərəfindən qisas məqsədilə hazırlandığını bildirib.

Ukraynada keşməkeşli daxili siyasət və liderlər arasında rəqabət Rusiyanın həri müdaxiləsi başlayandan bəri dayandırılıb.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Ukrayna prezidenti istintaqa çağırılıb

    Ukrayna prezidenti istintaqa çağırılıb ...

    6-05-2019, 16:36

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

    ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - ...

    26-09-2017, 16:35


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (112)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu