Türkiyənin İstanbul şəhərində baş verən atışma nəticəsində azərbaycanlı aktyor güllə yarası alıb və dünyasını dəyişib.
Gundemxeber.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib. İki qrup arasında baş verən atışmada biri polis olmaqla 7 nəfər yaralanıb. Xəsarət alanlardan biri də Türkiyədə yaşayan və fəaliyyət göstərən Kamran Dadaşzadə olub.
Hadisəyə müdaxilə etmək istəyən polis məmuru G.K. boynundan və kürəyindən xəsarət alıb. Atışma zamanı K. Dadaşzadədən başqa Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular və İbrahim Halil Küçükyılmaz da yaralanıb. Kamran Dadaşzadənin baş nahiyəsindən xəsarət aldığı bildirilib.
Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Aparılan araşdırmalar zamanı Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olduğu öyrənilib.
K. Dadaşzadənin yaxınları yerli mətbuata açıqlama verərək onun dünyasını dəyişdiyini bildiriblər.
***
Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.
Xəsarət alanlardan bir tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu və vəziyyətinin kritik olduğu öyrənilib.
Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub.
Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.
Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb.
Hadisə yerinə çox sayda polis gəlib.
Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.
Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.
Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb. (Azxeber.com)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?