GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » 2012-ci ilin yekunları

2012-ci ilin yekunları

Tarix: 21-12-2012, 13:17 Bölmə :Dünya Baxış: 655
  2012-ci ilin yekunları

Rusiya gedişə başladı, Azərbaycan "mat" elədi


gundemxeber.az Sona çatmasına sayılı günlər qalan 2012-ci ilin siyasi gündəmi çox rəngarəng oldu. Amma dünya daha bir “təhlükələr ili”ni başa vurmaq üçün hələ 11 gün də gözləməlidir.

Təbii ki, 2012-ci ilin əvvəlində bu zaman kəsiyində baş verəcək əsas siyasi hadisələr arasında Rusiya, ABŞ və Fransada keçiriləcək prezident seçkiləri, Suriyadakı vətəndaş müharibəsi və İran böhranı ətrafındakı gərginliyin adı çəkilirdi. Eyni zamanda, “Ərəb baharı”nın baş verdiyi ölkələrdəki vəziyyətin necə olacağı da maraqla gözlənilirdi.

2012-ci il seçkilər ili idi

Yuxarıda da qeyd etdik ki, bu il Rusiya, ABŞ və Fransada prezident seçkiləri baş tutdu. Bu seçkilərin nəticələrini Azərbaycan üçün önəmli edən isə o idi ki, hər üç dövlət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən Minsk Qrupunun həmsədrləridir. Təbii ki, Azərbaycan üçün önəmli olan yeni dövlət başçılarının münaqişəyə münasibətinin necə olacağı idi.

Bu baxımdan, martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini bizim üçün faydalı hesab etmək olmaz. Bunu seçkidə qalib gələn Vladimir Putinin sonrakı addımlarında da gördük. Dörd il əvvəl Dmitri Medvedyevə təhvil verdiyi postu elə ondan da geri alan V.Putin münaqişə tərəflərinin yüksək səviyyədə görüşdürməyə bir dəfə də olsun, cəhd etmədi. Əksinə, Azərbaycan və Rusiya arasında gərginlik artmağa başladı. İki ölkə arasında gərginliyin pik nöqtəsi isə Rusiyanın Qəbələ RLS-in icarəsindən imtina etməsi oldu.

Mayın 6-də Fransada keçirilən seçkilərdə sosialistlərin namizədi Fransua Ollandenin ermənipərəst Nikola Sarkoziyə qalib gəlməsi də gözlənilən idi. Hakimiyyət dəyişikliyindən sonra rəsmi Paris Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəallığını artıracağı yönündə bəyanatlar versə də, hələlik ortada konkret nəticələr yoxdur.

2012-ci ilin 6 noyabrında isə ABŞ-dakı prezident seçkilərində Demokratlar Partiyasının namizədi Barak Obama respublikaçı Mitt Romninin üzərində böyük üstünlük qazanaraq növbəti 4 il ücün prezident seçildi. ABŞ-ın prezident seçkisi statistikası baxımından, bu da gözlənilən idi. B.Obamanın yenidən prezident seçilməsi isə özünü daha çox ABŞ-ın Suriya böhranına yanaşmasında göstərdi. Bu barədə isə bir qədər sonra danışacağıq.

Bu il sərhəd qonşularımız olan Gürcüstan və Ermənistanda isə parlament seçkiləri keçirildi. Etiraf edək ki, bu ölkələrdəki seçkilər Azərbaycan üçün ABŞ, Rusiya və Fransada keçirilən seçkilərdən heç də az əhəmiyyətli deyildi. Mayın 6-da Ermənistanda seçkilər elə də şəffaf keçmədi, ancaq proqnozları doğrultdu. Hakim partiya mövqeyini qorudu, real müxalifət zəiflədi, virtual müxalifət (”Çiçəklənən Ermənistan") möhkəmləndi. Bu, mahiyyətcə, Rusiya ssenarilərinin Cənubi Qafqaza uyğunlaşdırılmış modeli idi.

Oktyabrın 6-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri isə daha böyük hay-küy doğurdu. Ona görə ki, Rusiyanın adamı kimi təqdim olunan Bdzina İvanişvilinin “Gürcü arzusu” Koalisiyası qələbə qazandı. Gürcüstanda demokratiya qalib gəlsə də, bu qələbəyə Rusiya da şərik çıxa bilər.

Dünyanın yüksələn güclərindən olduğu üçün Çin Kommunist Partiyasına yeni baş katibin seçkisi də nəzərdən qaçırıla bilməz. Si Üzinpin Kommunist Partiyasının baş katibi seçildi. 2013-cü ilin martında Ümumçin Xalq Yığıncağının növbəti sessiyasında Si Üzinpin böyük ehtimalla dövlət başçısı olacaq.

Bəşər Əsəd gözlənildiyindən daha inadkar çıxdı


Suriyadakı vətəndaş müharibəsi demək olar ki, bütün ilboyu dünyanın əsas problemi olaraq qaldı. Il ərzində Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İngiltərə, Fransa, ABŞ və digər ölkələrdən maliyyə yardımları müxalifətin gücünü hər gün artırdı, Bəşər Əsəd isə güc itirdi. Demək olar ki, İranın 10 milyard dollarlıq yardımı da Əsədin mövqelərini möhkəmləndirmək üçün yetərli olmadı. Əminliklə demək olar ki, Suriyada Bəşər Əsəd dönəmi sona yaxınlaşmaqdadır. Artıq müttəfiqi Rusiya tərəfindən ona qaça biləcək ölkənin ünvanı da göstərilib.

Suriya hadisələrində bu ölkədən sonra ən çox ziyanı Türkiyə çəkib, desək, yanılmarıq. 22 iyun 2012-ci ildə Türkiyəyə məxsus F-4 qırıcı təyyarəsi Suriya hərbçiləri tərəfindən vuruldu. Türkiyə NATO-nun toplantısını çağırdı. Türkiyənin dilini qısa edən başlıca məqam təyyarənin Suriyaya məxsus hava məkanında vurulması oldu.

Oktyabrın 3-də isə Suriya ərazisindən atılan top mərmisi Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Akçakale qəsəbəsinə düşdü. Hadisə nəticəsində 5 nəfər öldü, 13 nəfər isə yaralandı. Türkiyə parlamentində Silahlı Qüvvələrin xarici ölkələrə göndərilməsi məsələsində hökumətə bir illik səlahiyyət müddətinin verilməsini nəzərdə tutan qərar səsvermədə qəbul olundu. Suriya ilə sərhəddə böyük hərbi qüvvələr cəmlənsə də, bütün bunlar hərbi qarşıdurma səviyyəsinə kimi inkişaf etmədi. Rusiya və İran Ankaranın diqqətini əsas məsələdən yayındırmaq üçün belə bir versiya irəli sürdü ki, top atəşini Suriyadakı müxalif qüvvələr, yaxud da PKK silahlıları edə bilərlər. Moskva və Tehran Ankaraya məsləhət gördü ki, məsələni lazımınca araşdırsın.

Suriya ətrafında baş verən daha bir hadisə isə Moskavadan Dəməşqə yol alan Suriya təyyarəsinin oktyabrın 10-da iki Türkiyə qırıcısının tələbilə Ankara hava limanında endirilməsi oldu. “A-320 Airbus” tipli təyyarədə aparılan araşdırmalar zamanı 12-13 ədəd nəhəng dağıdıcı silahlar aşkar edildi. Təyyarədəki şübhəli əşyalar götürüldükdən sonra hava layneri Dəməşqə yola salındı.

ABŞ səfirinə ölüm gətirən film...


Sentyabr ayının əvvəllərində Şimali Afrika və Yaxın Şərq ölkələrində yeni etiraz dalğası baş qaldırdı. Etirazların əsas səbəbi İslamın Peyğəmbərini təhqir edən "Müsəlmanların məsumluğu" adlı film idi. Filmin rejissoru Sam Basil də filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədi ilə çəkildiyini etiraf etdi.

Yəhudiəsilli ABŞ vətəndaşı S.Basil Amerikanın "Wall Street Journal" qəzetinə verdiyi açıqlamasında "Bu film üçün 100 israilli könüllüdən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm",- söylədi.

Filmin çəkilişinə ən kəskin etirazlar öldürülən diktator Müəmmər Qəddafinin vətəni Liviyada oldu. Sentyabrın 12-də Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində bu ölkənin səfiri ilə yanaşı, konsulluğun 3 əməkdaşı da öldürüldü. İndoneziya və Misirdə keçirilən etiraz aksiyaları da ölümsüz ötüşmədi. Livan isə dinc etiraz aksiyaları ilə diqqəti çəlb etdi.

Misirdə filmin əleyhinə təşkil olunan etiraz aksiyaları daha sonra prezident Məhəmməd Mursinin Konstitusiya islahatlarına yönəldi. Lakin bu etirazlar nəticə vermədi və M.Mursi istədiklərini həyata keçirməyə çox yaxındır.

Bir həftəlik müharibə və Fələstinin tarixi qələbəsi...


İsrail 14-21 noyabr tarixlərində Qəzzaya növbəti hava zərbələri endirdi. Bir həftəlik müharibə Qahirədə imzalanan atəşkəs razılaşması ilə başa çatdı. HƏMAS Qəzzaya 1,245 milyard dollar həcmində ziyan dəydiyini açıqladı. Ümumilikdə, İsrailin zolağa endirdiyi raket zərbələri nəticəsində 200 ev tamamilə dağıdıldı və təqribən 8 min evə qismən ziyan dəydi. 42 qeyri-yaşayış obyekti, həmçinin HƏMAS hökumətinin Qəzzadakı binası, üç məscid və tibb mərkəzi tamamilə dağıdıldı. İsrailin Qəzzaya havadan etdiyi hücum nəticəsində 166 nəfər öldü, 1235 nəfər isə yaralandı. Bütün bu itkilərə baxmayaraq, HƏMAS bir həftəlik müharibədə qələbə qazanan tərəfin məhz Fələstin olduğunu bildirdi.

Noyabrın 29-da isə Fələstin sözün əsl mənasında, tarixi qələbə qazandı. Fələstin Muxtariyyəti BMT-nin Baş Assambleyasının toplantısında keçirilən səsvermə ilə bu nüfuzlu təşkilatın üzvü olmayan müşahidəçi-dövlət statusu qazandı. Gözlənildiyi kimi, ABŞ növbəti dəfə də İsrailin yanında olduğunu nümayiş etdirdi və qanun layihəsinin əleyhinə səs verdi. İsrail isə etirazını bildirərək işğal olunmuş Fələstin ərazilərində yeni yaşayış məskənlərinin tikintisi ilə bağlı qərar verdi.

Yağmasa da guruldayan İran və İsrail...

İsrail bütün ilboyu “Tehran nüvə silahı əldə etmək istəyindən əl çəkməsə, İranı təkbaşına vuracağam” desə də, buna inanan çox az adam oldu. Hətta İrana hücumla bağlı mövqe ziddiyyətlərinə görə, Binyamin Netanyahu ilə Barak Obamanın münasibətlərinin pisləşməsi barədə məlumatlar da beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildi.

2012-ci ilin siyasi gündəminə damğasını vuran hadisələrdən biri də Hörmüz boğazının bağlanması ilə bağlı İranın hədələri oldu. Yəqin ki, İranın bunu edəcəyinə, yaxud da edə biləcəyinə inananlar da çox az idi. Üzərindəki ağır sanksiyaları və Qərbin təzyiqlərini azaltmaq üçün Hörmüz boğazının bağlanması məsələsindən bir vasitə kimi istifadə etməyə çalışsa da, Tehranın gedişləri Qərbi yola gətirməyə yetmədi. Əksinə, ABŞ-ın başında durduğu Qərb yeni sanksiyalarla İranın vəziyyətini daha da ağırlaşdırdı. Bundan başqa, ABŞ Fars körfəzində hərbi təlimlər keçirməklə, Hörmüz boğazının bağlanacağı halda, İranın alacağı zərbənin miqyasını göstərmiş oldu. Nəticədə İran da “Hörmüz boğazını bağlayacağam” iddialarından geri çəkilməyə bağladı.

Bu isə konkret mat idi

Heç şübhəsiz ki, 2012-ci ili Azərbaycan üçün ən yaddaqalan tarixi dövr edən hadisələrdən biri, bəlkə də birincisi, Rusiyanın Qəbələ RLS-dən çıxması oldu. Moskva uzun müddətdir ki, müxtəlif vasitələrlə Bakıya təzyiq göstərsə də, Azərbaycan mövqeyindən geri çəkilmədi. Rusiyanın 37 illik "Qəbələ RLS nağılı"na son qoyuldu.

Ömər Əmirov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edirik

    Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün ...

    24-12-2015, 18:01

  • 
  • Rusiya ABŞ-a cavab verdi

    Rusiya ABŞ-a cavab verdi ...

    28-12-2012, 11:45

  • 
  • ABŞ Dövlət Departamentinin rəsmisi Dağlıq Qarabağdan danışdı

    ABŞ Dövlət Departamentinin rəsmisi Dağlıq ...

    10-12-2015, 12:39

  • 
  • ABŞ müxalifəti Tiflisə yığır

    ABŞ müxalifəti Tiflisə yığır ...

    16-12-2012, 12:53

  • 
  • İldə bir dəfə yada düşən Qarabağ

    İldə bir dəfə yada düşən Qarabağ ...

    22-12-2012, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu