Gundemxeber.az » Dünya » Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
“Rusiya üçün döyüş sursatları daşıyan və Xersonu Krımla birləşdirən dəmiryolu xətti dağıdılıb. Həmin dəmiryolu xəttinin işləməsi ehtimalı azdır”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, Rusiya qüvvələri bir neçə gün ərzində dəmiryolu xəttini təmir edə bilərlər: “Amma onların logistik təchzatında yenə də çətinliklər olacaq. Rusiya Xersonda, Dnepr çayı üzərində zədələnmiş Antonovski körpüsünün əvəzinə kiçik keçidlər təklif edir. Amma bu, mülki yox, hərbi istifadə üçündür”.
Məlumata görə, döyüşlər davam etdikcə Xersonda mülki əhalinin çıxması prosesi sürətlənəcək: “Ərzaq qıtlığı oradakı mülki əhalinin sayını azalmasına səbəb olacaq. Bu, nəqliyyat qovşaqları və marşrutlar üçün çətinlik yaradacaq. Nəticədə nəqliyyat xətlərinə nəzarət labüd olacaq”.
GUNDEMXEBER.AZ
23-03-2021, 10:51
26-12-2017, 23:30
28-03-2020, 21:48
15-03-2018, 18:39
8-02-2016, 14:41
Sorğu
Yeni dizaynımız necədir?