GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “UKRAYNAYA QARŞI MÜHARİBƏDƏ YER ALMAYIN...” - ADP Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi

“UKRAYNAYA QARŞI MÜHARİBƏDƏ YER ALMAYIN...” - ADP Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi

Tarix: 27-09-2022, 14:22 Bölmə :Dünya Baxış: 205


Partiya “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasını da qətiyyətlə pisləyib


Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi təcavüzün, beynəlxalq təzyiqlərə baxmayaraq daha amansız formada davam etməsindən, hərbi əməliyyat adı ilə davam edən bu hərbi müdaxilənin qismən səfərbərlik elan edilməsi ilə daha geniş miqyas almasından, Ukraynanın bir sıra ərazilərində qeyri-qanuni olaraq referendum keçirməklə ilhaq siyasətini reallaşdırmaq cəhdlərindən ciddi narahat olduğunu bildirib.


Referendum məsələsinə diqqət çəkən partiya yetkililəri bu aktın beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu, müstəqil bir ölkənin suveren hüquqlarına, ərazi bütövlüyünə qarşı yönəldiyini, separatizmin alovlanmasına xidmət etdiyini qeyd edib və dünya güclərini Rusiyanın bu avantürist, hüquqa, insani dəyərlərə zidd addımının qarşısını almaq üçün daha təsirli, daha effektli addımlar atmağa, Rusiyanı beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıb.

Rusiyada yaşayan azərbaycanlıların da bu səfərbərliyə zorən cəlb edilməsi məsələsinə toxunan rəsmilər bu tədbirlərin, Azərbaycan vətəndaşlığından çıxmayan soydaşlarımız üçün keçərli olmadığını qeyd edib. Hələ bir il öncə Rusiyada yaşayan soydaşlarımıza qeyd-şərtsiz Rusiya vətəndaşlığı verilməsinin sadələşdirilməsi ilə bağlı rəsmi çağırışlarının arxasında məhz bu günkü səfərbərlikdə onların iştirakını təmin etmək məqsədinin durduğuna diqqət çəkən İdarə Heyəti bu faktı indi aparılan hərbi müdaxilənin tərkib hissəsi kimi dəyərləndirib və soydaşlarımızı Ukrayanaya qarşı müharibədə yer almamağa səsləyib.

İdarə Heyəti son günlər bir qrup avantürist tərəfindən “Göyçə-Zəngəzur Türk Respublikası”nın yaradılmasını elan etməsini qətiyyətlə pisləyib, bu addımın Azərbaycanın milli maraqlarına xidmət etmədiyini, bütöv Azərbaycan ruhuna zidd olduğunu, ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə olduğunu bildirib və hakimiyyəti reallıqdan uzaq, millətimizi avantüraya sürükləyən bu şəxslər barədə lazımı tədbirlər görməyə çağırıb.

İdarə Heyəti İranda baş verən son hadisələrdən, rejiminin, öz haqları uğrunda mübarizəyə qalxan dinc vətəndaşlara qarşı tətbiq etdiyi zorakılıqlardan, gənc bir qızın rejim cəlladlarının qurbanına çevrilməsindən sonra hakimiyyət qüvvələri ilə geniş əhali kütləsi arasında qarşıdurmaların daha geniş vüsət almasından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında İrandakı teokratk rejimin orada yaşayan xalqlara qarşı etnik ayrı seçkilik siyasətinin, zəngün bir ölkə vətəndaşlarının yaşayış səviyyəsinə görə ən miskin durumda qalması, milli kimliklərinin iqnor edilməsi, sosial-iqtisadi vəziyyətinin günü-gündən acınacaqlı hala düşməsi, insan hüquq və azadlıqlarının ən kobud formada pozulması, qadın azadlığının iyrənc üsullarla boğulması faktının durduğunu qeyd edib və İran yetkililərini insan haqlarına qarşı sayqı göstərməyə, hər cür zorakılığa son qoymağa çağırıb. İdarə Heyəti eyni zamanda hakimiyyəti hadisələrin məcradan çıxdığı, soydaşlarımıza qarşı fars rejimi tərəfindən hər hansı etnik zəmində təzyiqlər göstərildiyi halda onların hüquqlarını müdafiə etməyə, milyonlarla türk soydaşımızın haqq səsinə səs verməyə, onlara həyan olmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Ermənistanın siyasi orientasiyasında Qərbə meylliyin artması, əhalinin anti-Rusiya mövqe sərgiləməsi fonunda Azərbaycanda bu keçici vəziyyəti əsas gətirərək bəzi qüvvələrin Rusiya ilə daha da yaxınlaşmaya, Qərbdən üz döndərməyə üstünlük verməsi, dünyadan təcrid olunmuş Rusiya ilə hərtərəfli ilişkilər qurulması üçün canfəşanlıq etməsindən narahat olduğunu bildirib və xalqımızı bu ruspərəst qüvvərə qarşı ayıq-sayıq olmağa, öz gələcəyini iqtisadi, siyasi baxımdan geri qalan, daim tarixi, mədəni varlığımız üçün təhlükə mənbəyi olan Putin Rusiyası ilə deyil, sivil Qərb dünyası ilə birgə qurmağa çağırıb.

İdarə Heyəti son zamanlar ölkədə gündəlik tələbat mallarının qiymətlərinin durmadan artması məsələsinə də münasibət bildirib. İdarə Heyəti baş verənlərin heç bir iqtisadi əsaslarının olmadığını, bu halın əhalinin aztəminatlı təbəqəsinin var-yoxdan çıxmasına gətirib çıxmasına xidmət etdiyini qeyd edərək, hakimiyyəti ölkədə süni qiymət artımının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • ​ADP Elman Rüstəmovdan hesabat tələb etdi – 700 MİLYONLUQ KREDİTLƏ BAĞLI

    ​ADP Elman Rüstəmovdan hesabat tələb etdi – 700 ...

    11-09-2017, 17:34

  • 
  • "Hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri kampaniya xarakteri daşıyır"

    "Hakimiyyətin həyata keçirdiyi antiböhran ...

    8-02-2016, 15:52

  • 
  • ADP-çi gənclərin polis bölməsinə gəlmələri tələb olunur

    ADP-çi gənclərin polis bölməsinə gəlmələri tələb ...

    29-07-2013, 17:09

  • 
  • Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür

    Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür ...

    13-05-2014, 10:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu