Rusiyada yaşayan Azərbaycan əsilli tanınmış iş adamı Mişiyev Adil Rafiq oğlu erməni əsilli Samvel Osepyan adlı ortağından ayrılıb.
Gundemxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mişiyev Adil Rafiq oğlu Rusiyada çoxsaylı şirkətlərin təsisçisi və rəhbəridir. Adil Mişiyevin rəhbərlik etdiyi şirkətlərdən biri də 2014-cü ildə Rusiyanın Vladimirskaya vilayətində qeydiyyata alınan “Rodnik” şirkətidir (VÖEN- 3306017688). Bu şirkətin 50%-lik payı Adil Mişiyevə, 50%-lik payı isə Samvel Osepyana məxsus olub.
Məlumat üçün bildirək ki, bu ilin aprel ayının əvvəlində Bakıda fəaliyyət göstərən “Location” gecə klubunda baş verən partlayışdan sonra Yeniavaz.com saytında “Partlayış olan gecə klubunun əsl sahibi bu şirkətdir – TƏFƏRRÜAT” başlıqlı yazı yayımlanıb. Həmin yazıda “Location” gecə klubunu icarəyə götürən “Merser food” MMC-nin Rusiyada fəaliyyət göstərən “Merser” şirkəti və iş adamı Mişiyev Adil Rafiq oğlu ilə əlaqələrindən bəhs olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?