Gundemxeber.az » Dünya » Zəncan Ədliyyəsi kütləvi etirazlarla əlaqədar vilayətdə 119 nəfər haqqında ittihamnamə hazırlandığını açıqlayıb
İran xəbər agentlikləri Zəncan Ədliyyə idarəsinə istinad edərək 40 gündən artıqdır davam edən kütləvi etirazlarla əlaqədar 119 nəfər haqqında ittihamnamə hazırlandığını yazıblar.
ISNA agentliyinin xəbərinə görə, Zəncan Ədliyyə İdarəsinin rəisi Höccətül-İslam İsmail Sadıqi aksiyalar ilə əlaqədar 325 nəfər haqqında məhkəmə dosyesi təşkil olunduğunu, təşkil olunan dosyelərin 47 faizinin nəticəyə bağlandığını və 119 nəfərə qarşı ittihamnamə hazırlandığını açıqlayıb. O, indiyə qədər 16 nəfərin məhkum olunduğunu bildirib.
Ədliyyə rəisinin sözlərinə görə, "keçən ayın iğtişaşlarında Zəncan vilayətində məhkəmə qurumunun kəşfiyyat və hüquq mühafizə orqanları ilə koordinasiya halında aparılan səylər nəticəsində və keçmiş təcrübələrdən istifadə edərək vilayətdəki iğtişaşlar səhnəsi yaxşı idarə olunub. Xəsarətlər keçmiş olaylara görə daha azdır".
Höccətül-İslam İsmail Sadıqi həmçinin deyib ki, "toplumda iğtişaş, qarışıqlıq və nizamsızlıq yartmaya çalışanlar haqqında qanun qarşısında peşmanedici ölçülər götürülməlidir".
Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb, minlərlə insan saxlanılıb.
Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbər yayılıb.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi iki həftə əvvəl Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin həbs edildiyini bildirib. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.
GundemXeber.Az
9-08-2017, 13:06
28-04-2022, 19:07
17-03-2020, 18:14
14-01-2018, 18:34
16-05-2020, 14:26
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?