Tezliklə Azərbaycanda İran agenturasına qarşı "təmizləmə" prosesinə başlanacaq. Bu barədə məlumatı ölkə.az saytı yayıb.
"Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlmələri gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmalı olmayacaqlar. Proses yaxın 10 gün ərzində baş tutacaq”, - deyə mənbə bildirib.
Saytın yazdığına görə , bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir. Bir çox yerli media orqanları həmin məlumata istinad edərək xəbəri tirajlayıblar.
Azərbaycanda İran agenturası deyiləndə kimlər nəzərdə tutulur? İranın Azərbaycanda agentura şəbəkəsinin və 5-ci kolonunun olması böyük əksəriyyətdə şübhə doğurmur. Amma kimin İran agenturasının üzvü olduğunu necə müəyyənləşdirəcəklər?
Politoloq Xaləddin İbrahimli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?