GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Deyvid Kramer: İran Moskvanı dronlarla təmin etməklə Rusiyanın Ukraynada insanlıq əleyhinə cinayətlərinə ortaq olur

Deyvid Kramer: İran Moskvanı dronlarla təmin etməklə Rusiyanın Ukraynada insanlıq əleyhinə cinayətlərinə ortaq olur

Tarix: 29-10-2022, 12:03 Bölmə :Dünya Baxış: 211

Rəsmi Kyiv və Qərb müttəfiqləri Rusiyanın Ukraynada hücumlarda İran istehsalı olan dronlardan istifadə etdiyini bildirib. İran bu iddiaları rədd edib, Rusiya isə Ukraynada iran dronlarından istifadə etmədiyini bəyan edib. Lakin bir sıra ekspertlər Tehranın bununla Rusiyanın Ukraynada apardığı müharibəyə cəlb olunduğunu bildirir. Florida Beynəlxalq Universitetinin elmi işçisi Deyvid Kramer Amerikanın Səsinə müsahibədə Moskva və Tehran arasında hərbi əməkdaşlıq, Rusiya və İranın qarşılaşdığı daxili siyasi problemləri və İranın regionda siyasi ambisiyalarını şərh edib.

Amerikanın Səsi: Keçən həftə ABŞ və Avropa İttifaqı İrana qarşı Rusiyanı Ukraynada hücumlar keçirmək üçün dronlarla təmin etdiyinə görə sanksiyalar elan edib. Bəzi ekspertlər İranın Moskvanı Ukraynada infrastruktur və mülki əhaliyə qarşı kamikadze dronları ilə təmin etməklə Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulduğunu bildirir. Rusiya və İran arasında təhlükəsizlik əməkdaşlığının mahiyyəti barədə nə söyləyə bilərsiniz? İki ölkə bir-birindən necə faydalanmağa çalışır?

Bunlar öz xalqlarının insan hüquqlarına və eyni zamanda, başqa ölkələrin də suverenliyinə və insan hüquqlarına hörmət etməyən rejimlərdir.

Deyvid Kramer: Moskva və Tehran rejimləri arasında bu əməkdaşlıq böyük dərəcədə beynəlxalq sanksiyalarla üzləşdikləri və buna görə də bir-birinin köməyinə gələn ümidsizliyə qapılmış iki hakimiyyəti təmsil edir. Biz iranlıların təkcə bu Şahed 16 kamikadze dronlarını təmin etmədiklərini görürük, eyni zamanda, Rusiya qüvvələrinə onlardan mülki hədəflərə və Ukraynanın infrastrukturuna qarşı necə istifadə edilməsinə dair təlimlər keçirmək üçün iranlı personalın Krımda olduğu barədə məlumatlar var. Bununla İran Rusiyanın hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri və hətta Rusiyanın Ukraynaya qarşı soyqırımında ortaq olur.

İran təbii ki, ölkəyə qarşı tətbiq edilən bir sıra ciddi sanksiyalar, amma eyni zamanda İranda əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı qadının ölümündən sonra ölkə boyu başlayan etirazlarla əlaqədar olaraq öz daxili çətinlikləri ilə üzləşir. İran rejimi əlbəttə ki, bu dinc etirazçılara qarşı qəddarlıqla cavab verərək, yüzlərlə insanı, o cümlədən bir neçə uşağı qətlə yetirib. Buna görə də yadda saxlamaq lazımdır ki, bunlar həmfikir rejimlərdir. Bunlar öz xalqlarının insan hüquqlarına və eyni zamanda, başqa ölkələrin də suverenliyinə və insan hüquqlarına hörmət etməyən rejimlərdir.

Amerikanın Səsi: Siz İranın daxili problemlərlə üzləşdiyini qeyd etdiniz. Əslində, həm Rusiya, həm də İran daxili sınaqlarla qarşılaşır. Buna görə sizin fikrinizcə, bu, hərbi əməkdaşlıq nə qədər davam edə bilər?

Rusiyanın bu kamikadze dronlarını əldə etmək üçün İrana müraciət etməli olması Rusiyanın bu müharibəyə nə qədər zəif hazırlaşdığını əks etdirir.

Deyvid Kramer: Düşünürəm ki, İranın Rusiyaya verəcək qədər dronu olduğu müddətdə bu əməkdaşlıq davam edəcək. Mənim fikrimcə, Rusiya bunun dəyərini görür və düşünürəm ki, İran etirazları yatırmaq üçün dəstəyə ehtiyac duyduğu müddətdə bu əməkdaşlıq başqa istiqamətdə davam edəcək. Bu məsələdə İranın o qədər də köməyə ehtiyacı yoxdur. Təəssüf ki, [İran]təkbaşına öz xalqına divan tutmaq kimi çirkin təcrübəyə malikdir. Lakin sizin də düzgün olaraq qeyd etdiyiniz kimi, bunlar həm daxili çətinliklər, həm də xaricdən çətinliklərlə üzləşən rejimlərdir. Daxili problemlər ondan irəli gəlir ki, bu ölkələrdə xalq onlardan bezib. İran xalqı liderlərindən bezib. Rusiya xalqı Putinin sentyabrda verdiyi səfərbərlik əmrini bəyənmir. Biz yüz minlərlə rusiyalının mənasız, səbəbsiz və qəddar müharibəyə cəlb edilməmək üçün ölkələrindən qaçdığını görürük. Buna görə də hər iki ölkə daxili problemlərlə üzləşir və onların bir-birindən başqa üz tutacağı çox yer yoxdur.

Amerikanın Səsi: Amerikanın Səsi: Rusiya və İran arasında hərbi ittifaqın Moskvanın Ukraynada apardığı müharibə və daha geniş Avrasiya regionu üçün hansı təsirləri ola bilər?

Deyvid Kramer: Rusiyanın bu kamikadze dronlarını əldə etmək üçün İrana müraciət etməli olması Rusiyanın bu müharibəyə nə qədər zəif hazırlaşdığını əks etdirir. Rusiyanın bu qədər hazırlıqsız olması Ukrayna üçün aydındır ki, yaxşıdır. Amma bu o deməkdir ki, Ukraynaya qarşı amansız və əsassız müharibədə Rusiyanın tərəfində olan ən azı bir istəkli ölkə var və o da Çin deyil, İrandır. Şimali koreyalılar Rusiyaya hər hansı hərbi yardım göstərdiklərini inkar edirlər, amma iranlılar bunu edir. Buna görə də bu, İran rejiminin ilk növbədə öz xalqı üçün və bölgədə terrorizmi dəstəkləməsi və özünün nüvə silahı hazırlaması ilə regionun digər ölkələri üçün nə qədər təhlükəli olduğunu bir daha da vurğulayır. Bu, İranın nə qədər təhlükəli olduğunu göstərir və indi də [İran] Rusiya rejimi ilə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyan bir liderlə əlaqəyə girir.

Bu ölkələrdə xalq onlardan bezib. İran xalqı liderlərindən bezib. Rusiya xalqı Putinin sentyabrda verdiyi səfərbərlik əmrini bəyənmir.







Amerikanın Səsi: Keçən həftə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib. Bəzi eksertlər bunun hazırda Rusiyanın diqqəti Ukraynada müharibəyə yönəltdiyi vaxt İranın regionda nüfuzunu artırmaq cəhdi olduğunu bildirir. Sizin fikrinizcə, İranın regionda ambisiyaları nədən ibarətdir?

Deyvid Kramer: İran regionda təsirini genişləndirməyə çalışır və Türkiyənin də bunu etdiyini etiraf edir. Beləliklə də bu bölgədə və onun hüdudlarından kənarda Türkiyə və İran arasında rəqabət var. Türkiyə Rusiyanın diqqətinin Ukraynada müharibəyə yönəlməsindən istifadə etməyə çalışır. Hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Rusiya ermənilərin narahatlıqlarına rağmən Ermənistana dəstək göstərmədi. Buna görə də hesab edirəm ki, bir sıra müxtəlif oyunçular, xüsusilə də Türkiyə və İran bu imkandan istifadə etməyə çalışır, Azərbaycan da bundan yararlanmaq istəyir. Azərbaycan Rusiyanın diqqətini Ukraynaya yönəltdiyini və Ermənistanı müdafiə etmək iqtidarında olmadığını başa düşür. Amma aydın olmaq üçün, Rusiya Ukraynaya müdaxilə etməzdən əvvəl də və bir neçə il əvvəl Ermənistanla Azərbaycan arasında zorakılıq və müharibə başlayanda da Ermənistanı müdafiə etməmişdi. Buna görə də hesab edirəm ki, bu, daha çox İran tərəfindən çıxılmaz vəziyyətdə bir cəhddir. Amma bunların episentrində yerləşən və qeyri-sabitlik və öz daxili problemləri ilə üzləşən ölkə olan Gürcüstanda da bu, narahatlıqla izlənilir. Lakin İran hər halda bu rəhbərlik altında bu ölkələrin heç birinin hər hansı probleminin cavabı və ya həlli ola bilməz

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • İran ABŞ rəsmilərini məhkəməyə verəcək

    İran ABŞ rəsmilərini məhkəməyə verəcək ...

    18-03-2019, 15:26

  • 
  • Avropa Rusiyanı yenə hədələdi

    Avropa Rusiyanı yenə hədələdi ...

    11-05-2014, 12:42

  • 
  • Bizim sanksiyalarımız Rusiyanın sadə vətəndaşlarına yönəlməyib

    Bizim sanksiyalarımız Rusiyanın sadə ...

    18-04-2014, 10:20

  • 
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu