Iranda Azərbaycan dilində fəaliyyət gösətərən “Səhər TV”nin efirində Azərbaycana qarşı təxribat törədilib.
Gundemxeber.Az xəbər verir ki, proqramın hər iki aparıcısı öz çıxışlarında Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndiriblər. “İranın əzəli və əbədi torpaqları olan, İranın şimalından, Bakıdan, Gəncədən cənubunadək və bu günlərdə xüsusilə Naxçıvanda yaşayan bacı-qardaşlarımızı cani-könüldən salamlayırıq”, - verilişi başladan xanım aparıcı deyib. Verilişin digər aparıcısı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirindən bir hissə səsləndirərək çıxışına davam edib: “Böyük şairimiz, həkim Nizami Gəncəvinin bu gözəl şeiri ilə, böyük ölkə İranın adı ilə sizi salamlayırıq. Böyük şairlərimiz, böyük Firdovsi, həkim Nizami Gəncəvi, Xaqani Şirvani, Hafizi, Sədi, ustad Məhəmmədhüseyn Şəhriyar - bunların hamısının dilindən böyük ölkəmizin paytaxtı Tehran şəhərindən sizi salamlayıram. Xəzər dənizinin sahillərindən mavi Fars körfəzinin sahillərinə kimi - ölkəmizin hansı yerində ki varsınız, sizə salam olsun. Elə öz ölkəmizin vətəndaşları tərəfindən də bütün əzizləri, iranlıları, olsun tarix boyu müxtəlif yerlərdə İranla olanlar, ürəkləri İrandan olan, kökləri İrandan olan, Şəki, Şirvan, Badukubə və tamamilə bu məntəqələrdə olan gözəl tarixi vətəndaşlarımızı, tarix boyu bizimlə yekdil olanları salamlayırıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?