Sosial media və insan haqları qruplarının bildirdiyinə görə, İranın ruhani hökuməti ölkənin kürd bölgəsində davamlı anti-hökumət etirazlarının yatırılmasına qarşı təzyiqlərini artırıb. Bölgəyə əlavə qoşun yerləşdirib və ən azı 4 nümayişçi öldürülüb.
Sentyabr ayında 22 yaşlı kürd qadın Məhsa Əmininin əxlaq polisinin nəzarətində öldürülməsi ilə başlayan ümummilli etirazlar İranın əksəriyyəti kürd olan 10 milyonluq bölgəsində daha güclü keçir.
Reuters xəbər agentliyinin sosial mediada tərəfindən təsdiq olunmayan videolarında ağır silahlı qoşunların olduğu iddia edilən hərbi maşın karvanının qərbdəki Mahabad şəhərində olduğu göstərilib. Ağır silah səsləri bir neçə başqa videoda da eşidilib.
Norveçdə yerləşən "Hengaw" insan haqları təşkilatı İnqilab Keşikçiləri Korpusunun üzvlərini sünnilərin çoxluq təşkil etdiyi və kürdlərin məskunlaşdığı Mahabad şəhərinə hərbi vertolyotlarla aparıldığını bildirib.
Dövlət mediası tərəfindən yayımlanan bəyanatda Qvardiya "terrorçu separatçı qruplarla" mübarizə aparmaq üçün şimal-qərb kürd bölgəsində "qüvvələrini artırdığını" təsdiqləyib.
"Xalqın təhlükəsizliyi bizim qırmızı cizgimizdir və terrorçularla qətiyyətlə davranmaq bizim mandatımızdır" , bəyanatda deyilib.
Bundan əvvəl Əmininin ölümünü onun xəstəliyi ilə əlaqələndirən İran hökuməti indi iğtişaşların xarici düşmənlər tərəfindən qızışdırıldığını deyir və zorakılıqları törətməkdə silahlı separatçıları ittiham edir.
Şiələrin idarə etdiyi İslam Respublikasında müxalifətin güclü səsi olan tanınmış sünni din xadimi Moləvi Abdolhəmid təhlükəsizlik qüvvələrini Mahabadda insanlara atəş açmaqdan çəkinməyə çağırıb.
"Kürd bölgələrindən, xüsusən də Məhəbaddan narahatedici xəbərlər gəlir, təzyiq və basqılar daha çox narazılığa səbəb olacaq" - deyə, Əbdolhəmid Tweetter səhifəsində yazıb.
"Hengaw" bildirib ki, kürdlərin yaşadığı ərazidə azı 4 etirazçı öldürülüb. Fəalların "1500Tasvir" adlı hesabı kürdlərin yaşadığı Cavanrud şəhərində 16 yaşlı şagirdin və bir məktəb müəlliminin öldürüldüyünü bildirib. Təfərrüatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?