Gundemxeber.az » Dünya » İran BMT Təhlükəsizlik Şurasını İraqda kürd qruplaşmaların qərargahlarını bağlamağa çağırır
Tehran Birləşmiş Millətlər Təşkilatından Təhlükəsizlik Şurasından İraqda yerləşən kürd qruplaşmaların qərargahlarını bağlamasını və İrana qarşı "təxribatçı hərəkətləri"nə görə onları tərksilah etməsini istəyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son aylarda İraqın şimalında yerləşən kürd müxalif qruplaşmaların qərargahlarını dəfələrlə atəşə tutduğu deyilir. Tehran onları İran daxilində iğtişaşlar yaratmaqda ittiham edir.
Yarı-rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi noyabrın 24-də Təhlükəsizlik Şurasına ünvanladığı məktubda İraq daxilindəki hədəflərə edilən hücumların "milli təhlükəsizliyin qorunması" məqsədi daşıdığını iddia edib. O, bunun kürd qruplaşmasının "təxribatçı və terror aktlarına" qarşı müdafiə olduğunu deyib.
Fəalların dediyinə görə, hökumət bu zorakılıqlarla Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyi iddiası ilə polis tərəfindən saxlanıldıqdan və nəzarətdə olarkən sentyabrın 16-da ölmündən sonra ölkədə baş qaldıran sarsıdan ümummilli etirazları yatırtmağa və etirazçılar arasında qorxu yaratmağa cəhd edir.
İslam İnqilabı Keşikçiləri Korpusu kürd qruplaşmalarını İrana sızaraq, Əmininin ölümü ilə bağlı baş qaldıran etirazları "qızışdırmaqda və iğtişaşlar yaymaqda" ittiham edib.
22 yaşlı Əminin ölümünə qəzəb minlərlə iranlının daha çox azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub. Kütləvi nümayişlər 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükədir.
İran hakimiyyətinə qarşı olan kürd partiyaları dəfələrlə İslam Respublikasının İraqın bəzi bölgələrinə hücum etməklə daxili gərginliyini sərhədlərindən kənara çıxarmağa çalışdığını bəyan edib.
21-07-2019, 15:56
16-05-2019, 20:26
7-01-2020, 10:32
16-06-2014, 20:59
9-12-2017, 18:16
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?