GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin ssenarisi və Vardanyan planı

Putinin ssenarisi və Vardanyan planı

Tarix: 1-12-2022, 13:58 Bölmə :Dünya Baxış: 256
Seymur Həzi


 Dövlət başçısı İlham Əliyev bu günlərdə daha bir açıqlama verdi. Dedi ki, sülh üçün Qarabağda yaşayan erməni vətəndaşlarımızla danışmağa hazırıq, amma Moskvadan konspektlə gələn hansısa vardanyanla yox. Onun bu çıxışı yenə antirusiya mövqeyi kimi başa düşüldü və şərh edildi. Elə həmin günlərdə qulağını cingildətdiyimiz Rusiya milyarderi Ruben Vardanyan erminilərə video müraciət ünvanladı. Onun müraciətindən belə başa düşülürdü ki, Qarabağ erməniləri rəsmi İrəvandan əllərini üzməli və diaspor təşkilatları, sadə ermənilər Qarabağ ermənilərinin taleyi barədə düşünməlidirlər. O, məhz belə deyir: 
“Ermənistan vətəndaşı, diaspor (nə istəyirsən deyərsən), qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm”. 

Vardanyan diaspor və Ermənistan vətəndaşını həmcins üzvlü xitaba çevirməklə, əslində ümumerməni meydanına müraciət etmək və Ermənistan dövlətini bu prosesdən kənara itələmək istəyir. Elə bununla da ilk sual peyda olur: niyə?  

Rusiya üçün əsas risk 

Kremldə düşünürlər ki, gec-tez İrəvan bu münaqişədən tam olmasa da qismən imtina edə bilər. Bunu danışıqlarda iddiaları minimuma endirərək edə bilər və belə olan halda Kreml münaqişənin diri saxlamaq üçün rıçaqları itirər. Məsələn, Paşinyanın bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünün dünya tərəfindən tanındığı və Ermənistanın bu məsələni 1996-cı ildən uduzduğunu deməsi bu qəbildən geriçəkilmə və imtina sayıla bilər. Əgər Ermənistan Azərbaycana ərazi iddiası etmirsə, o zaman sülh daha real olur. Sülh reallaşanda isə Rusiyanın bölgədə mövcudluğu riskə düşür. Vardanyan isə bu məsələni ümumerməni müstəvisinə daşımaq istəyir. Məsələn, Fransa Senatında qəbul edilmiş Azərbaycan əleyhinə qətnaməni yaxşı “diaspor işi” adlandlrmaq olar. Belə bir mənasız, amma səs-küylü sənəd də ABŞ-da qəbul olunsa, o zaman Putin tam məqsədinə çatmış olacaq. Aydın görünür ki, ABŞ-da və Fransada olan erməni diaspor təşkilatları periferiyadakı ermənilərin qanı ilə – böyük Ermənistan ideyası ilə – Rusiya üçün ABŞ və Fransaya təzyiq etmək üçün mövcuddur. Yəni Ruben Vardanyan Rusiyanın Qərbdə şəbəkələşdirdiyi erməni diasporu ilə bir komanda kimi oynayır. Burada məqsəd sülhə mane olmaq gücündə olan yeni, dünyada sözü eşidilən “müqavimət” mərkəzi yaratmaqdır. Diasporun belə bir gücü varmı? Təcrübə göstərib ki, bəli var. Bəs nə etməli? 

İlham Əliyev nə deyir, nə edir? 

İlham Əliyevin yuxarıda xatırlatdığımız fikri, əlbəttə, doğrudur. Amma dərhal da Kremlin aparatından bildirdilər ki, Əliyev, Paşinyan və Putin telefonla danışıblar. Əliyev bunun ardınca dedi ki, Ermənistan kimdir, biz Zəngəzur dəhlizini Rusiya ilə danışırıq. Elə bu an sual yarandı: bəs Əliyev niyə Paşinyanı prosesdən kənarda qoymaq istəyir? Bəs Əliyev niyə Kremlin göndərdiyini lənətləyir, amma Kremllə müzakirələr aparıb, projelər qurmaq istəyir? Bu suallar olduqca maraqlı və Azərbaycanın rəsmi mövqeyi baxımdan açıq suallardır. 

SEYMUR HƏZİ 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev rusların “Vardanyan planı”ndan niyə indi danışdı? - AKTUAL

    Əliyev rusların “Vardanyan planı”ndan niyə indi ...

    18-11-2022, 16:28

  • 
  • Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi

    Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi ...

    21-10-2020, 14:44

  • 
  • “Ermənistana investisiyanın 70%-ini onlar qoyur...”

    “Ermənistana investisiyanın 70%-ini onlar ...

    12-12-2016, 21:35

  • 
  • “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək istəyir” - Moiseyevdən ŞOK İDDİA

    “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək ...

    5-09-2022, 16:55

  • 
  • İrəvanda xüsusi əməliyyat: terror planlaşdıran qrup məhv edildi

    İrəvanda xüsusi əməliyyat: terror planlaşdıran ...

    25-11-2015, 15:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu