ABŞ-ın siyahıyaalma hesablamalarına görə, Amerikada bir milyondan çox Ukrayna mənşəli amerikalı var. Onlar müxtəlif qruplardan olsalar da, Rusiyanın Ukraynaya qarşı müharibəsi onların çoxunu bir araya gətirib.
ABŞ-ın İndiana ştatındakı Ukrayna icmasının səkkiz mindən çox üzvü var. Lakin onlar heç bir qrup və ya təşkilatda birləşməyiblər. Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Ukrayna diasporasında olan bir neçə qadın bunu dəyişməyə ümid edir. Mariya Pliçta: "İndianadakı Ukrayna icması Çikaqo və Nyu Yorkdakı qədər böyük deyil. Martın əvvəlində biz Ukraynaya dəstək aksiyaları təşkil etməyə başlayanda 150-yə yaxın insan gəldi".
Mariya Plikta ABŞ-a uşaq ikən köçüb. O, həftədə azı üç gün İndiana Ukrayna Cəmiyyətində könüllülü olaraq çalışır. "Mən burada yaşayıram, ailəm və uşaqlarım buradadır, lakin Ukraynada baş verənlərə görə ürəyim ağrıyır".
Qrup Ukrayna mədəniyyət festivallarını təşkil edir və Ukraynanın milli bayramlarını qeyd edir.
Oktyabr ayında qrup Ukraynanın "Müdafiəçilər Günü"nü qeyd edib. Həmin gün onlar Ukrayna pivəsi festivalı təşkil edib. Əldə edilən bütün gəlir Ukraynaya yardıma gedib.
Svitlana Ramer ABŞ-a 14 yaşında mühacirət edib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə müntəzəm olaraq beş könüllü işləyir. Onlar yerli kitabxanada ukraynalı uşaqlar üçün axşam mütaliələri təşkil edir. Könüllülər ümid edirlər ki, zamanla belə axşamlar Ukrayna dili dərsləri ilə əvəz olunacaq. Svitlana Ramer: "Könüllülər Ukrayna uşaq kitabları oxuyacaq və yerli ukraynalı ailələr uşaqlarını buraya Ukrayna dilini dinləmək, danışmaq və oynamaq üçün gətirə bilər".
Qrup daha da böyüməyə və icma üçün daha çox iş görməyə məyə ümid edir. "Könüllülərimiz daha çox olsaydı o zaman qrantlar və İndianadakı ukraynalı qaçqınlara maliyyə yardımı üçün müraciət etməyə daha çox vaxtımız olardı" deyir Svitlana Ramer.
Yerli Latviya cəmiyyəti qadınlarla yanaşı işləyir. Onlara tədbirlərini keçirmək üçün yer verib. Lakin onların arzusu öz məkanlarına sahib olmaq və Ukrayna mədəniyyətini Amerikada yaşatmaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?