GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tornike Şaraşenidze: Gürcüstan Aİ-nin üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmadığına görə ehtiyatlı davranır

Tornike Şaraşenidze: Gürcüstan Aİ-nin üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmadığına görə ehtiyatlı davranır

Tarix: 9-12-2022, 11:33 Bölmə :Dünya Baxış: 201

Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun professoru, Gürcüstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş analitiki Tornike Şaraşenidze Amerikanın Səsinə müsahibə Gürcüstanın Rusiyanın Ukraynadakı müharibəsində tərəf seçməkdən yayınıb-yanınmadığını, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivlərini və NATO-nun Gürcüstana vəd etdiyi dəstəyi şərh edib.

Amerikanın Səsi: Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra Gürcüstan Ukrayna ilə həmrəy olduğunu bəyan edərək, Moskvanın əməllərini pislədi və de-eskalasiyaya çağırdı. Ancaq Gürcüstan hökuməti Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulmadı. Daha sonra Ukrayna Gürcüstanı Rusiyaya bu sanksiyalardan yayınmağa yardım etməkdə ittiham etdi, baxmayaraq ki, Gürcüstan rəsmiləri bunu inkar edir. Sizin bu məsələyə münasibətiniz nədir? Sizcə Gürcüstan tərəf seçməkdən qaçırmı?

Tornike Şaraşenidze: Bilirsiniz, əslində Gürcüstan da sanksiyalara qoşulub. Gürcüstan sonunda maliyyə sanksiyalarına qoşuldu. Gürcüstan Milli Bankı Rusiya banklarının bütün əməliyyatlarını dayandırıb. Hazırda da, fevral ayından etibarən heç bir Rusiya bankı Gürcüstan ərazisində hər hansı əməliyyat apara bilməz. Yəni, Gürcüstan faktiki olaraq bəzi beynəlxalq sanksiyalara qoşulub. İş ondadır ki, Gürcüstan Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib.

Amma gəlin faktlara baxaq. Düşünmürəm ki, NATO və Avropa İttifaqından kənar hər hansı bir ölkə Rusiyaya qarşı hər hansı sanksiya tətbiq edib. Hesab edirəm ki, Gürcüstan Avropa İttifaqının, NATO-nun üzvü olsaydı, daha cəsarətli hərəkət edərdi. Məsələ burasındadır ki, Gürcüstan NATO tərəfindən qorunmur, Gürcüstan Avropa İttifaqınının üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmır. Ona görə də Gürcüstan çox ehtiyatlı davranır. Bunu bu sadə faktla izah etmək olar ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidən təxminən 40 kilometr aralıda Gürcüstan əraziləri Rusiya tərəfindən işğal olunub. Oraya rus qoşunları yerləşdirilib. Beləliklə, Gürcüstan demək olar ki, təhlükə altındadır. Və bu, 2008-ci ildən bəri davam edir, Gürcüstan ən çox təhlükə altında olan ölkələrdən biridir. Təhlükə altında olan Moldovada belə, paytaxtından təxminən 40 km məsafədə rus qoşunları yerləşdirilməyib.

Bir daha qeyd edim ki, Gürcüstan əslində sanksiyalara qoşulub, lakin Gürcüstan Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib. Bunlar fərqli şeylərdir.

Gürcüstanın tərəf tutub-tutmadığına gəldikdə, deyə bilərik ki, Gürcüstan ehtiyatlı davranır. Gürcüstan ehtiyatlıdır. Bir daha deyirəm ki, Gürcüstan şübhəsiz ki, Rusiya sanksiyalarına qoşuldu. Eyni zamanda Gürcüstan Rusiya ilə 2010-cu ildə vizasız rejim tətbiq edib və buna görə də Rusiya vətəndaşları Gürcüstanla vizasız rejimdən faydalanırlar. Müharibə başlayandan bəri Gürcüstana çox sayda, yüz minlərlə rus gəlib. Onların çoxu əslində artıq gedib, amma bəziləri, deyərdim ki, maksimum yüz mini hələ də Gürcüstanda qalır. Vəssalam. Başqa bir şey yoxdur. Beləliklə, əgər kimsə Gürcüstanı bu münaqişədə tərəf tutmaqda ittiham etmək istəyirsə, Rusiyanın tərəfini tutmaqda ittiham etmək istəyirsə, mən bu ittihamı dəstəkləyəcək nəyinsə olduğunu düşünmürəm. Çox sayda rusun Gürcüstana gəlib, gürcü qonaqpərvərliyindən faydalanması istisna olmaqla.

Amerikanın Səsi: Gürcüstan müxalifəti iddia edir ki, hakim Gürcüstan Arzusu partiyası ölkənin Aİ və ya NATO-ya qoşunlmasını niyyət etmir və əslində Rusiya ilə yaxınlaşmaqda maraqlıdır, çünki onlar partiyanın təsisçisi Bidzina İvanişvilinin Rusiya ilə biznes əlaqələrinin olduğunu iddia edirlər. Bu iddialar nə dərəcədə doğrudur?

Tornike Şaraşenidze: Bilirsiniz, əslində iddialar sübutlarla dəstəklənməlidir. Məsələ ondadır ki, məncə, ola bilsin, Bidzina İvanişvilinin Rusiya ilə hansısa biznes əlaqələri var. Bu iddialar heç bir sübutla təsdiqlənmir. Məsələ ondadır ki, İvanişvili çox şeydə ittiham olunub, ancaq indiyədək heç bir sübut təqdim edilməyib.

İvanişvili var-dövlətini hələ 90-cı illərdə Rusiyada qazanıb və İvanişvilinin hələ də Rusiya hakimiyyəti ilə bir növ əlaqələrinin olduğunu güman etmək məntiqlidir. Ancaq bir daha deyirəm ki, bu iddianı təsdiqləyən heç bir dəlil yoxdur.

Gürcüstanın NATO və Avropa İttifaqı ilə bağlı istəklərinə gəldikdə, son 10 ildə Gürcüstan faktiki olaraq Avropa İttifaqı ilə əlaqələrini intensivləşdirib. Gürcüstan, bildiyiniz kimi, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Gürcüstan hazırda Avropa İttifaqı ilə vizasız rejimə, Avropa İttifaqı ilə isə azad ticarət rejiminə keçib. Üzvlüyə gəldikdə, bu, çətin məsələdir, çünki mən hazırda Avropa İttifaqının yeni üzvlər qəbul etməyə hazır olduğunu düşünmürəm.

Avropa İttifaqı, belə desək, Ukraynadakı müharibə ilə ayıldı. Avropa İttifaqı artıq Gürcüstan, Ukrayna və Moldova ilə dialoqa başlayıb. Bu isə hazırda Rusiya ilə müharibə aparan Ukrayna xalqının gücü sayəsində baş verib. Amma düşünmürəm ki, Avropa İttifaqı elə bu anda Ukrayna, Moldova və Gürcüstana qapılarını açmağa hazırdır. Niyə? Çünki gəlin faktlara baxaq. Ukrayna Rusiya ilə müharibə aparır.

Və Ukrayna hazırda Avropa İttifaqına daxil olmağa hazır deyil, çünki Ukrayna Rusiya ilə müharibə aparır və biz bu müharibənin nə vaxt bitəcəyini bilmirik. Moldovanın da hazırda Avropa İttifaqına daxil olmağa hazır olduğunu düşünmürəm və bu, təbii ki, Gürcüstana da aiddir. Düşünürəm ki, əgər müharibə təxminən iki ildən sonra başa çatsa (bunun nə vaxt olacağını bilmirəm), bu müharibə Ukraynanın qələbəsi ilə başa çatsa, yalnız o zaman bəlkə də hamımız, yəni Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinə daxil olacağıq. Ancaq biz başqa çətinlikləri də nəzərə almalıyıq. Ukraynadakı müharibənin nəticələri fəlakətli olacaq. Əgər, ümid edək ki, Ukrayna müharibədə qalib gəlsə, hamımız bilirik ki, Ukrayna iqtisadiyyatını yenidən qurmaq, Ukraynanın bərpası üçün trilyonlarla dollar və avroya ehtiyac olacaq. Yəni, Ukraynanın müharibənin viran qoyacağı şərq hissəsini üçün bir az vaxt və təbii ki, müəyyən resurslar lazımdır. Məsələ də bundadır. Gəlin realist olaq. Yəni, Gürcüstanın vəziyyəti, təbii ki, Ukraynadan çox asılıdır. Gürcüstanın vəziyyəti, təcrid olunmuş bir vəziyyət deyil və ciddi çəkildə Rusiyanın Ukrayna müharibəsinə bağlıdır.

Amerikanın Səsi: Avropa İttifaqı 2022-ci ilin iyun ayında Ukrayna və Moldovaya namizəd statusu verdi, amma Gürcüstana vermədi, baxmayaraq ki, bu üç ölkənin hər biri Aİ ilə 2014-cü ildə assosiasiya sazişi imzalayıb. Sizcə bu qərarın arxasındakı səbəb nədir?

Tornike Şaraşenidze: Bunun səbəbi çox sadədir. Təəssüf ki, son bir neçə ildə Gürcüstanın daxili siyasəti, belə desək, zorakı hal alıb. Gürcüstan hakimiyyəti də bir sıra ciddi səhvlərə yol verib. Mən deyərdim ki, Gürcüstan hakimiyyəti bir neçə ciddi səhvə yol verib. Təəssüf ki, Gürcüstanda siyasi mənzərə çox pisləşib. Və bu məqamda Gürcüstanın demokratiyasına, Gürcüstanın siyasi imicinə, belə desək, Gürcüstanın Avropa İttifaqına, NATO-ya daxil olmağa can atan ölkə kimi imicinə çox ziyan dəyib, xüsusilə də daxili siyasi vəziyyətə görə. Gürcüstanda media menecerləri həbs edilib. Bildiyiniz kimi, Prezident Saakaşvili həbsdədir və bu hallar Gürcüstanın imicinə ziyan vurub.Gürcüstan da Avropa İttifaqı və təbii ki NATO-ya üzv olmaq istəyən ölkə kimi özünü nümunəvi demokratiya kimi təqdim etməlidir.

Gürcüstan isə qətiyyən nümunəvi demokratiya deyil. Mən deyərdim ki, nə Gürcüstan, nə Moldova, nə də Ukrayna nümunəvi demokratiyalar deyil. Lakin Gürcüstanın vəziyyəti başqadır, çünki bu dəqiqə Gürcüstanın keçmiş prezidenti Saakaşvili həbsdədir. Bildiyiniz kimi, Moldovanın keçmiş prezidenti də də mühakimə olunub. Amma bildiyimə görə, o, Gürcüstanın keçmiş prezidenti Saakaşvilidən fərqli olaraq, hazırda evində cəzasını çəkir. Yəni bu səbəblərə görə, son bir neçə ildə Gürcüstanın imicinə çox ziyan dəyib. Ona görə də hesab edirəm ki, Gürcüstanın Moldova və Ukrayna kimi Avropa İttifaqına üzvlüyə namizəd statusunu almamasının əsas səbəbi budur.

Amerikanın Səsi: NATO liderləri ötən həftə NATO xarici işlər nazirlərinin Buxarestdəki görüşü zamanı Rusiyanın təziyi ilə üzləşdikləri bir vaxt Moldova, Gürcüstan və Bosniyaya dəstəklərini vəd ediblər. Sizcə, bu vəd hansı yollarla real yardıma çevrilə bilər?

Tornike Şaraşenidze: Mən deyərdim ki, bu daha çox hərbi yardıma çevrilə bilər və daha çox texniki yardıma çevriləcək. Yəni Gürcüstan və Moldovada və əsasən də Ukraynada silahlı qüvvələri təchiz etmək və dəstəkləmək üçün texniki dəstəyə. Çünki hazırda NATO Gürcüstanı, Moldovanı və Ukraynanı qəbul etməyə hazır deyil, Ukrayna yenidən Rusiya ilə müharibə edir və Ukraynanı NATO-ya üzv kimi qəbul etməkdən əlbəttə ki, söhbət gedə bilməz. Gürcüstan da eyni problemdən əziyyət çəkir, çünki 2008-ci il müharibəsindən bəri Gürcüstana rus qoşunları yerləşdirilib. Bu, Gürcüstanın NATO-ya üzv olmaq istəklərini çox çətinləşdirir. Mən deyərdim ki, Moldovada da vəziyyət aşağı-yuxarı eynidir. Ona görə də, indiki məqamda əgər NATO Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələri gücləndirməkdə maraqlıdırsa, bu, texniki yardıma, daha çox Gürcüstan, Moldova və Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi üçün texniki yardıma çevrilməlidir. Başqa heç nə. Düşünürəm ki, nə qədər ki, bizim ölkələrimizdə rus qoşunları yerləşdirilib, Moldova, Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək mümkün deyil. Mən Gürcüstanın NATO-ya qəbul edilməsinə çox sevinərdim, ancaq NATO-nun indiki məqamda buna hazır olduğunu düşünmürəm.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Britaniyalı jurnalist Gürcüstan səfirliyində tutuldu

    Britaniyalı jurnalist Gürcüstan səfirliyində ...

    8-08-2018, 13:19

  • 
  • Gürcüstan, Ukrayna və Moldovanın XİN rəhbərləri Avropa İttifaqı ilə əlaqədar birgə bəyanata qol çəkdilər

    Gürcüstan, Ukrayna və Moldovanın XİN rəhbərləri ...

    5-12-2019, 15:07

  • 
  • Rusiya bu dəfə Gürcüstanın hava məkanını pozdu

    Rusiya bu dəfə Gürcüstanın hava məkanını pozdu ...

    11-12-2015, 03:31

  • 
  • Gürcüstan Rusiyada xəstəlik yaydı

    Gürcüstan Rusiyada xəstəlik yaydı ...

    2-06-2013, 13:34

  • 
  • Gürcüstanın turizm gəlirləri 2 milyard lari azalacaq - Rusiyanın tətbiq etdiyi qadağalar nəticəsində

    Gürcüstanın turizm gəlirləri 2 milyard lari ...

    9-07-2019, 12:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (448)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu