Gundemxeber.az » Dünya » Filadelfiyadakı ukraynalılar qaçqınlara yardım edir
ABŞ-a gələn ukraynalı qaçqınlar üçün ən böyük problemlərdən biri iş tapmaqdır. Lakin Filadelfiyada yerləşən bir biznes yeni gələnlərə yardım etmək üçün əlindən gələni edir.
Olha Tkaçenko Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərindəndir. O, ixtisasca müəllimdir və üç il əvvəl Ukraynada uşaq inkişafı studiyası açıb. Lakin Rusiyanın Ukraynaya hücumu səbəbindən o, hər şeyini itirib."Biz qatara minəndə arxamızda bomba partladı və mən bunun bir işarə olduğunu düşündüm. Uşağımı götürüb oradan vaxtında çıxdım. Lvivə təxminən 30 saata çatdıq. Hava hücumu sirenləri dayanmadan çalışırdı" deyə, o bildirir.
Tkaçenko oğlu ilə birlikdə ABŞ-a gəlib və qohumlarının olduğu Filadelfiyaya gedib. Onlar onu məmnuniyyətlə qəbul edib. "Biz gələndən dərhal sonra iş axtarmağa başladım, çünki pulum tükənirdi və yaşamaq lazım idi. Mən bəzi yerlərə zəng etdim, lakin ingilis dilini öyrənsəm də danışa bilmirdim. Hamı mənim ingilis dilini bilib-bilmədiyimi soruşur və yox deyirdilər. Sonra Vira ilə tanış oldum."
Vira Lyax Filadelfiya yaxınlığındakı Ukrayna ərzaq mağazalar şəbəkəsinin ortağıdır. Lyax 16 ildən artıqdır ki, ABŞ-dadır. Buna baxmayaraq müharibə ona ağır təsir edib. "Mən buna dözə bilmədim. İki həftədən çox işə getmədim. Sadəcə Ukraynaya gedib yardım etməkdən başqa heç nə istəmirdim. Amma bunun qeyri-mümkün olduğunu başa düşdüm. İnsanları işsiz qoya bilməzdim, ona görə də güclü olmalı idim."
Mart ayında ondan yardım istəmək üçün çox sayda ukraynalı qaçqın gəldi. Buna görə də Lyax noyabr ayında yeni mağaza açdı. Onun sözlərinə görə, indi onun ikimərtəbəli mağazasında 25 ukraynalı qaçqın işləyir.
İrina Bezpeka Ukraynanın İvano-Frankivsk şəhərindən qaçqındır. O, ABŞ-a, Filadelfiyadakı qardaşının yanına Ukrayna Birliyi proqramı ilə gəlib. "Mən hətta menecer vəzifəsinə də ümid edə bilməzdim, mətbəxdə işləməyə hazır idim. İşləyə bildiyim müddətcə hər şeyi etməyə hazır idim. Amma Vira mənə "sən hər şeyi bacarırsan" dedi."
Oleksandr Markeviç Lvivdəndir. O da bu mağazada işləyir, mətbəxdə yardım edir. "Düşünürəm ki, hər kəs həm məmnun olmaq, həm də borclarını ödəmək üçün nəsə etməlidir."
Lyax deyir ki, bu şəkildə yardım edə bilir və bacardığı qədər ukraynalıları işə götürməyə davam edəcək.
Gundemxeber.az
18-12-2017, 11:46
15-04-2014, 10:59
2-07-2016, 00:15
7-04-2022, 10:17
18-05-2016, 18:59
Sorğu
Yeni dizaynımız necədir?