Türkiyənin məhkəmə sistemi çərşənbə günü müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunu ölkənin Ali Seçki Şurasının (YSK) üzvlərini təhqir etdiyinə görə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edib.
Belə ki, məhkəmə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqiblərindən biri olan bələdiyyə sədrini təqsirli bilib və ona qarşı diskvalifikasiya müddəti təyin edib ki, bu da onun Türkiyənin ən böyük şəhərinin meri vəzifəsindən uzaqlaşdırılmasına səbəb ola bilər.
GundemXeber.Az-ın Türkiyədəki mənbələrindən əldə etdiyi məlumata görə, CHP-li siyasətçinin məhkəmə qərarından apellyasiya şikayəti verəcəyi gözlənilir. Əvvəlki məhkəmə iclaslarında İmamoğlu şura üzvlərini təhqir etməyi rədd edib və onun sözlərini “axmaq” adlandırdığı daxili işlər naziri Süleyman Soylunun sözlərinə cavab olduğunu deyib.
İmamoğlu 2019-cu ilin martında Ərdoğanın müttəfiqi ilə qarşılaşdığı seçkilərdə az fərqlə İstanbul bələdiyyə başqanlığını qazanmışdı. Nəticələr müvafiq orqanlar tərəfindən rədd edildi və 2019-cu ilin iyununda keçirilən yeni səsvermədən sonra o, daha böyük fərqlə qalib gəldi ki, bu da prezident və hakim partiya üçün böyük uğursuzluq oldu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?