Gundemxeber.az » Dünya » ABŞ və NATO silahları Ukraynanın döyüş meydanında irəliləyişlərinə yol açır
Birləşmiş Ştatlar fevralın 24-də Rusiya qonsusuna hərbi müdaxilə edəndən bəri Ukraynaya 19 milyard dollardan çox hərbi yardım verib. Bu, Ukraynanın silah, sursat, təlim və başqa müdafiə ehtiyaclarını qarşılamaq üçün ayda təxminən 2 milyard dollara bərabərdir.
Ukrayna uğrunda döyüş indi artıq ölümcül artilleriya duelinə çevrilib və hər iki tərəf hər həftə on minlərlə atəş açır.
"Ukrayna müdafiəçiləri üçün bir çox hallarda həqiqətən qazanan artilleriya sistemləri olub,” Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən Samuel Bendett bildirir.
Təhlilçilər və keçmiş rəsmilər deyir ki, ABŞ-ın Ukraynanı təmin etdiyi ən effektiv sistemlər Birləşmiş Krallıq istehsalı olan M777 haubitsalar və Yüksək Sürətli Artilleriya Raket Sistemi, qısaca HIMARS-dır.
“Hazırda yüzlərlə ukraynalı oğlan uşağına Himars adı verilir, çünki bu, orada böyük təsirə malikdir. Və bu qədər fərqlilik yaradan da məhz elə uzun mənzilli dəqiqlikdir,” ABŞ Ordusunun Avropadakı keçmiş komandanı general-leytenant Ben Hodcs bildirir.
Müdafiə rəsmiləri Amerikanın Səsinə bildirib ki, ABŞ indiyədək Ukraynaya 20 ədəd HİMARS verib. ABŞ bu HİMARS sistemləri üçün GMLRS raketləri də verib ki, onlar təxminən 90 kilometr məsafə qət edə bilir.
"Bu yaxşıdır, amma kifayət deyil. HIMARS-ın atdığı ATACMS raketi də 300 kilometr məsafə qət edə bilər. Əgər o indi ukraynalılarda olsa idi, onlar artıq Sevastopol və Krımın daxilindəki digər kritik obyektləri vura bilərdilər,” Ben Hodcs bildirir.
Rusiya döyüş meydanında dron əleyhinə imkanlarını təkmilləşdirdiyi bir vaxt, Ukrayna kəşfiyyat və müşahidə üçün Amerika istehsalı Switchblade dronları, Phoenix Ghost dronları və Türkiyə istehsalı olan Bayraktar dronları və ya PUA-lardan istifadə edir.
"Ukraynalılar PUA-yer qüvvəsini artıq çox yüksək səviyyəyə qaldırıblar. Onlar daha çox çevikdirlər. Onların bir çox bölmələrinin Ukrayna qüvvələrinə vəziyyətlə bağlı məlumat vermək üçün artilleriya zərbələri üçün taktiki və uzaq mənzilli PUA-ları var. Və bir çox hallarda onlar rusların harada olduğunu daha yaxşı bilirlər və daha sürətli reaksiya verə bilirlər,” Samuel Bendett bildirir.
Ancaq Rusiyaya da müttəfiqi İrandan dron axını var. Pentaqonun məlumatına görı, rusiya Ukraynada kritik infrastrukturu hədəf almaq üçün yüzlərlə İran istehsalı dron göndərib.
Ukrayna qüvvələri onları havada vurmaq üçün Amerika isteshalı olan Stingers kimi hava hücumundan müdafiə sistemlərindən istifadə edirlr. Stingers kiçik təxminən beş kilometr məznilli istilik axtarat raketlərdir. Təhlilçilər deyir ki, Ukrayna qüvvələri Rusiyanın İran istehsalı dronlarının 60-85 faizini vura biliblər.
Pentaqon ötən ay Urkaynaya iki NASAMS, Milli Qabaqcıl Yer-Hava Tipli Raket Sistemi çatdırıb ki, onlr dronlar, təyyarlər və qanadlı raketləri hədəf ala bilir.
Ancaq Ukraynada hələ də özünü Rusiyanın Ukrayna ərazisinə atdığı İskəndər balistik raketlərindən müdafiə etməkdə çətinlik çəkir.
Rəsmilər Amerikanın Səsinə bildirib ki, Penqatonun həlli uKRAYNAya bu silahlara qarşı çıxmaq üçün Patriot raketi göndərməsi olar bilər. Ancaq təqaüdə çıxan kontr-admiral Mark Montqomeri xəbərdarlıq edir ki, ABŞ-ın ukraynalılara bu mürəkkəb və bahalı sistemlə bağlı təlim keçməsi üçün altı ay ilə bir ilə qədər vaxta ehtiyacı ola bilər.
“Patriotun hər raketinin qiyməti 3 ilə 4 milyon dollar arasındadır. Bu çox bahalı sistemdir. Buna onlar üçün ayrılan pulun çox böyük bir hissəsinə sərf olunar,” o bildirir.
Ümumilikdə təhlilçilər razılaşır ki ABŞ və NATO-nun Kyivə verdiyi silahlar Ukraynaya vətəninmüdafiə etməyə kömək etməkdə kritik rol oynayıb. ABŞ Ordusunun Avropadakı keçmiş komandanı bu cür cəsarətli proqnoz verir:
"Əgər biz indi etdiyimizi etməyə davam etsək, o zamanda məncə Ukrayna avqust ayının sonunadək Krımı azad eetmək yolunda olacaq."
Rusiyanın 2014-cü ildə qanunsuz şəkildə ilhaq etdiyi Krım Yarımadası Ukraynada rus əsgərləri üçün mərkəz olaraq xidmət göstərir. Onun aza edilməsi Moskva üçün böyük bir zərbə olar.
Gundemxeber.az
13-12-2017, 11:38
2-04-2021, 14:43
21-05-2022, 10:47
10-02-2017, 12:30
4-06-2022, 12:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?