Braziliyada məhkəmə keçmiş təhlükəsizlik rəhbəri Anderson Torresin həbsinə order verib. O, Braziliyanın keçmiş lideri Jair Bolsonarunun minlərlə tərəfdarının Milli Konqresə, Ali Məhkəməyə və prezident sarayına basqını zamanı iğtişaşların qarşısını ala bilməməkdə ittiham olunur.
Torres “Twitter” hesabında yazıb ki, o, ABŞ-dəki məzuniyyətini yarımçıq qoyub vətəninə qayıdacaq, hakim qarşısına çıxacaq və özünü müdafiə edəcək:
“Bu gün öyrəndim ki, Federal Ali Məhkəmənin hakimi Aleşandri de Morays həbsim və evimdə axtarış aparılması barədə göstəriş verib”.
Torres hər zaman qanuna və etik prinsiplərə uyğun hərəkət etdiyini də vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?