Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.
Kabil şəhər polisinin sözçüsü Xalid Zadran ölənlərin sayını təsdiqləyib və hücumu Əfqanıstan mülki vətəndaşlarını hədəf alan "qorxaq hərəkət" adlandıraraq pisləyib.
Kabildəki İtaliyanın xeyriyyə təşkilatı TƏCİLİ YARDIM xəstəxanası yaralıların çoxunu müalicə edir.
"Biz xəstəxanada 40-dan çox xəstə qəbul etmişik; son rəqəmi tərtib etmək çətindir. Biz cavab verməkdə davam edirik" - deyə, xeyriyyə təşkilatının direktoru Stefano Sozza bildirib.
Zadran hücumun kamikadzenin işi olub-olmadığını, yoxsa quraşdırılmış qurğunun partlayışa səbəb olduğunu açıqlamayıb. Zorakılıq bir neçə səfirlik və Əfqanıstan nazirliklərinin yerləşdiyi güclü mühafizə edilən ərazidə baş verib.
Hücumdan qısa müddət sonra Amerikanın Səsinə yazılı şərhlərdə Zadran deyib: "Günahkarlar tapılacaq və təxribatçı hərəkətlərinə görə cəzalandırılacaq".
Heç bir qrup hələ ki, hücumun məsuliyyətini üzərinə götürməyib.
Əfqanıstan keçən həftə Talibanının xüsusi təyinatlı qüvvələrinin İŞİD qruplaşmasının Kabildə və ölkənin digər yerlərindəki sığınacaqlarında gecə ərzində keçirdiyi reydlər zamanı İŞİD-in 11 döyüşçüsünün öldürüldüyünü, 7-nin əsir götürüldüyünü bildirib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?