BMT rəhbəri çərşənbə günü Dünya İqtisadi Forumunda deyib ki, dünya iqlim dəyişikliyi və Rusiyanın Ukraynadakı müharibəsi daxil olmaqla, "zəncirvari qəzadakı maşınlar kimi toplanan" çox sayda "bir-biri ilə əlaqəli" problemlər səbəbilə "aciz vəziyyətdədir".
Gundemxeber.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş bu qəmgin mesajı İsveçrənin kurort şəhəri Davosda keçirilən dünya liderləri və şirkət rəhbərlərinin toplantısının ikinci günündə çatdırıb. Toplantı sessiyalarında Ukraynada ölkənin daxili işlər naziri və digər rəsmiləri daxil olmaqla 18 nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı xəbər kədərli ab-hava yaradıb.
Forumun prezidenti Borj Brende 15 saniyəlik sükuta çağırıb, Ukraynanın birinci ledisi Olena Zelenska isə gözyaşlarını silərək bunu "yeni çox kədərli bir gün" adlandırıb və daha sonra iştirakçılara deyib ki, "biz bu mənfi vəziyyəti daha yaxşıya çevirə bilərik".
Olena Zelenskanın daxil olduğu Ukrayna nümayəndə heyəti beynəlxalq müttəfiqlərindən Rusiyaya qarşı döyüşmək üçün daha çox yardım, o cümlədən silahlar istədiyi bir vaxt, Prezident Volodimir Zelenskinin də videogörüntü vasitəsilə toplantıya qatılacağı gözlənilirdi. Zelenskidən bir az öncə Ukraynaya yardım etmək üçün təzyiqlə üzləşən Almaniya kansleri Olaf Şoltsun çıxışı gözlənilir. O, dünyanın ən böyük yeddi iqtisadiyyatından ibarət Böyük Yeddilər qrupunun Davosa iştirak edən yeganə lideridir.
Quterreş deyib ki, nəsillər arasındakı geniş geosiyasi bölgü və inamsızlıq artan bərabərsizliyi, inflyasiyanın yüksəlməsi nəticəsində yaranan yaşayış xərcləri böhranı və enerji böhranı, COVID-19 pandemiyasının davam edən təsirləri, təchizat zəncirinin pozulması və s. kimi qlobal problemləri həll etmək səylərinə xələl gətirir.
O, iqlim dəyişikliyinin "ekzisntensial problem" olduğunu vurğulayıb və deyib ki, Yer kürəsində temperatur artımını 1.5 dərəcə ilə məhdudlaşdırmaq öhdəliyi "demək olar uğursuzdur".
İqlim dəyişikliyinə qarşı mübarizənin ən çox dəstəkləyən dünya fiqurlarından biri olan Quterreş bu yaxında aparılan tədqiqata istinad edərək deyib ki, Exxon Mobil-də alimlər 1970-ci illərdə iqlim dəyişikliyinin təsirləri ilə bağlı dəqiq proqnozlar veriblər, baxmayaraq ki, şirkət ictimai şəkildə qlobal istiliyin real olduğuna şübhə ilə yanaşırdı.
"Biz ötən həftə öyrəndik ki, qalıq yanacaq istehsalçıları 1970-ci illərdə əsas məhsullarının planetimizi bişirdiyindən tam şəkildə xəbərdar idilər" , o, çıxışında bildirib.
Tənqidçilər siyasətçilər dörd günlük toplantının təsilərini sual ediblər. Belə ki, bu görüşlərdə CEO-lar və başqa liderləri dünyanın problemlərini müzakirə edir və razılıqlar əldə edirlər, amma onların atdığı konkret addımları hesablamaq çətin olur. Məsələn, ətraf mühit fəalları liderləri iqlim dəyişikliyinə qarşı mübarizəni prioritet edən bu tədbirə gətirən karbon püskürən özəl təyyarələri tənqid edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?