Gundemxeber.az » Dünya » Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi
Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib.
“Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, - deyə Podolyak bildirib.
“Niyə, kim tərəfindən və hansı səbəbdən - bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, - deyən Podolyak Ukraynanın Rusiyaya zərbə vurmadığını qeyd edib.
Müşavir bununla belə, Rusiyanın daxili bazarında müharibənin qızışmasının qaçılmaz olacağını vurğulayıb.
“Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi ərköyün, tənbəl, başqa reallıqda yaşadığını düşünən şəhərlər zərbələrə məruz qalacaq”, - deyə o əlavə edib.
Podolyak bu eskalasiyanın artıq Rusiya Federasiyasının daxili problemi olduğu ilə sözlərini yekunlaşdırıb.
Gundemxeber.az
8-04-2022, 16:53
16-05-2016, 19:10
4-05-2016, 00:58
3-03-2022, 21:50
14-03-2022, 14:05
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?