Ukrayna Rusiya ilə müvəqqəti barışıqla razılaşmayacaq.
Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak "RBC-Ukrayna"ya müsahibəsində bildirib. Beləliklə, Podolyak hesab edir ki, "Rusiya ilə istənilən müvəqqəti barışıq daha da gərginləşməyə aparan yoldur". Onun sözlərinə görə, Ukrayna və Rusiya tərəfləri arasında danışıqlar prosesi davam edir: "Rusiya Federasiyası ilə müvəqqəti barışıq həmişə daha da eskalasiyaya və müharibəyə aparan yoldur. Bu, ola bilməz. Belə şərtləri nəzərə almaq lazımdır ki, müvəqqəti atəşkəs Rusiyanın Ukrayna ərazisini atəşə tutmaq və ya bizim sərhədlərimizi keçmək barədə düşünməsinə səbəb olmayacaq. Podolyak onu da vurğulayıb ki, müharibənin qarşısını almaq üçün real qabaqlayıcı mexanizmlər olmasa, heç bir razılaşma etibarlı olmayacaq. "Biz bununla razılaşmayacağıq, bu, prinsipial məsələdir", - o vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?