Gundemxeber.az » Dünya » Separatçıların liderləri Moskvaya necə gedob və nə barədə danışıqlar aparırlar?
Xəbər verdiyimiz kimi, erməni mənbələri Qarabağ separatçılarının “dvlət naziri” Ruben Vardanyanın Moskvaya qaçdığını bildiriblər.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu məlumatı Azərbaycanın rəsmi dairələrə yaxınlığı ilə tanınan caliber.az saytı da təsdiqləyibİndi isə separatçıların liderləri ilə bağlı başqa bir məlumat yayılıb. Belə ki, Qarabağın “prezidenti” Araik Arutyunyanın 10 gün əvvəl Rusiyaya getdiyi, orada müxtəlif rəsmi səviyyələrdə görüşlər keçirdiyi, Rusiyanın Qarabağla bağlı mövqeyini müzakirə etdiyi bildirilir.
Ermənistanın “Qrapark” nəşri xəbər verir ki, o, 4 gün əvvəl geri qayıdıb. O qayıdandan sonra “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. Onun hələ də Moskvada olduğu məlumdur.
Maraqlıdır ki, caliber.az Vardanyanın Qarabağdan Rusiya sülhməramlılarının yük maşınında qaçdığını iddia edir. Amma Arutyunyan və Vardanyanın Bakıdan xəbərsiz Qarabağdan neçə çıxdığı hələlik tam aydın deyil.
Laçın yoluna azərbaycanlılar nəzarət edir və bu yoldan separatçıların keçdiyini heç kim görməyib. Onlar Rusiya sülhməramlıları ilə birlikdə Xocalıdan helikopterlə gediblərsə, deməli, Bakı buna razılıq verib.
Gundemxeber.az
21-10-2020, 14:44
30-01-2023, 14:07
5-09-2022, 16:55
24-04-2021, 15:12
16-01-2023, 16:18
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?