Gundemxeber.az » Dünya » “Yerevan Bakıdan sülh sazişi barədə təklif alıb” – Mirzoyan
“Ermənistan Azərbaycandan sülh sazişi haqqında növbəti təklifləri alıb və mətn üzərində işləyir”. Gundemxeber.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 7-də Almaniya XİN başçısı Annalena Berbokla birgə mətbuat konfransında bildirib.
“Biz Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri ilə görüşməli idik, amma Laçın dəhlizinin bağlanması ilə əlaqədar Ermənistan tərəfi iştirakını təxirə salıb. Amma, buna baxmayaraq,ş biz öz təkliflərimizi Azərbaycan tərəfinə təqdim etdik və bu günlərdə Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təklifləri aldıq. Mətn üzərində işi davam etdiririk”, deyə Mirzoyan bildirib.
Qeyd edək ki, bu proses bir ildən çoxdur davam edir. Bu müddət ərzində Yerevan dəfələrlə Bakının təklif etdiyi 5 bəndin Ermənistanı qane etdiyini bildirib, amma cavab şərtləri irəli sürüb.
Azərbaycanın təkliflərinin mahiyyəti ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasından, gələcəkdə ərazi iddialarında imtinadan, sərhədin demarkasiyasından və sülh müqaviləsinin bağlanmasından ibarətdir.
Ermənistan tərəfi sülh sazişində Qarabağın adının çəkilməsini və ona müəyyən bir status verilməsini tələb edir, Bakı isə bunu qəbuledilməz hesab edir.
GUNDEMXEBER.AZ
11-09-2018, 16:22
15-10-2014, 15:08
22-05-2021, 12:39
7-04-2016, 14:35
12-06-2018, 12:36
Sorğu
Yeni dizaynımız necədir?