Gundemxeber.az » Dünya » ABŞ-ın 160 konqresmeni İran xalqının demokratik istəklərini dəstəkləyən qətnamə layihəsi təqdim edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının 160-dan çox üzvü “İran xalqının demokratik və dünyəvi hökumət istəklərini dəstəkləmək” haqqında qətnamə layihəsi təqdim edib.
Gundemxeber.az bildirir ki, qətnamə layihəsini ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri təqdim ediblər.
Məlumata görə, sənəddə İran rejiminin "insan haqlarını pozması və dövlət terrorizmini dəstəkləməsi", etirazçıları "vəhşicəsinə öldürməsi" hərəkətlərini pislənilərək İran xalqının dünyəvi və qeyri-nüvə demokratik respublika qurmaq səylərindəki hüquqları tanınır.
Qətnamədə ABŞ hakimiyyətindən və ölkənin Avropadakı, xüsusilə İslam Respublikasının mövcudluğunu dəstəkləyən Balkanlardakı müttəfiqlərindən Tehran rejimini diplomatik imtiyazlardan sui-istifadəyə görə məsuliyyətə cəlb edilmələri istənilib.
Nümayəndələr Palatasının üzvləri avropalı müttəfiqlərindən İranın diplomatik mərkəzlərini bağlamaq və diplomatlarını ölkədən çıxarmaq üçün tədbirlər görməklə bağlı müraciət ediblər.
Sənəd İranda diktaturaya qarşı 40 ildən artıq mütəşəkkil müqavimətin nəticəsi kimi səciyyələndirir.
ABŞ Nümayəndələr Palatasının üzvləri həmçinin etnik və dini azlıqların “vəhşicəsinə sıxışdırılmasını” pisləyiblər.
GUNDEMXEBER.AZ
7-04-2021, 14:22
12-01-2018, 12:54
19-10-2020, 15:24
17-06-2013, 00:46
11-01-2020, 12:29
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?