Türkiyə Prezidenti Recep Tayyip Erdoğan AFAD mərkəzində Kahramanmaraş zəlzələsindən təsirlənmiş 10 bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
" Zəlzələnin olduğu 10 bölgəni ümumi həyata təsir edən fəlakət bölgələri elan edirik. Konstitusiyanın 119-cu maddəsinin bizə verdiyi səlahiyyətə əsaslanaraq, fövqəladə vəziyyət elan etmək qərarına gəldik", Türkiyə Prezidenti deyib.
"3549 ölüm, 22 168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib", - Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti indiyədək bölgəyə 53 mindən çox axtarış-xilasetmə əməkdaşının göndərildiyini açıqlayıb.
O, aidiyyatı qurumların sərəncamına 100 milyard lirə vəsait köçürüldüyünü açıqlayıb.
Erdoğan, həmçinin, “qurbanlara 54 min çadır və 102 min çarpayı, eləcə də rayonlara 5 min səhiyyə işçisi və minə yaxın təcili yardım maşını göndərildiyini” vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?