Gundemxeber.az » Dünya » Zəlzələdən sonra suriyalı cihadçılar həbsxanadan qaçıblar - AFP xəbər agentliyi yazıb
Suriyada zəlzələdən sonra həbsxana infrastrukturunun zərər görməsi nəticəsində cihadçı olduğu deyilən ən azı 20 dustaq saxlandıqları yerdən qaçıb, France-Presse agentliyi mənbəyə istinadən bildirib.
Türkiyə sərhəddinə yaxın Rajo şəhərində yerləşən həbsxanada təxminən 2 min məhbus saxlanılır və onlardan 1300-ü İŞİD döyüşçüsü olmaqda şübhəli bilinir, həbsxana rəsmisi bildirib. Orada kürdlərin rəhbərlik etdiyi qoşunların döyüşçüləri də saxlanılır.
Bazar ertəsi baş verən 7.8 bal gücündə zəlzələ və onlarla afterşok həbsxana divarlarının və qapılarının çatlamasına və müxtəlif səviyyədə zərər görməsinə səbəb olub.
"Məhbuslar qiyama başlayıb və həbsxananın müxtəlif hissələrinə nəzarəti ələ keçiriblər. Təxminən 20 dustaq qaçıb. Onların İŞİD döyüşçüləri olduğu güman edilir", - həbsxana rəsmisi əlavə edib.
30-09-2018, 20:19
8-11-2018, 12:00
20-05-2019, 11:41
24-07-2014, 14:34
8-01-2017, 22:40
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?