Çərşənbə günü Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini təklif etdiyi bir vaxt Ukrayna qüvvələrinə davamlı dəstək vəd edən NATO-nun Brüsseldə toplanan müdafiə nazirləri müdafiə xərcləri və silah istehsalının artırılması məsələlərini müzakirə edib.
Avropa Komissiyasının sədri Ursula Von Der Leyen sanksiyalar paketinə Rusiyaya sənaye mallarının və texnoloji məhsulların ixracına qadağanın daxil olduğunu deyib və bu tədbirlərin Rusiya ordusunu lazım olan silah sistemləri üçün komponentlərdən məhrum edəcəyini bildirib.
Təklifə, həmçinin İranın İnqilab Keşikçiləri Korpusunun Rusiya qüvvələrinin Ukrayna infrastrukturuna hücum etmək üçün istifadə etdiyi "Şahed" pilotsuz uçuş aparatlarının tədarükünə görə edilən sanksiyalar da daxildir.
Sanksiyalar Rusiya təbliğatçıları və hərbi komandirlərini də hədəf alır.
Von Der Leyen deyib ki, Rusiya prezidenti Putin "təbliğatçılar ordusu və dezinformasiya şəbəkələri ilə ictimai məkanda müharibə aparır" və "cəmiyyətlərimizi qütbləşdirmək üçün zəhərli yalanlar yayır".
NATO-nun baş katibi Yens Stoltenberq müdafiə nazirləri ilə iki günlük danışıqların ikinci turunun başlanğıcında müttəfiqlərin müdafiə sənayesi potensialının artırılması yollarını araşdıracaqlarını bildirib.
Stoltenberq Ukraynanın Rusiya qüvvələrinə qarşı mübarizəsini davam etdirmək üçün daha çox sursatla təmin edilməsinin və müttəfiqlərin tank və digər ağır texnikanın vəd etdiyi tədarükünü başa çatdırmasının vacibliyini vurğulayıb.
Həmçinin çərşənbə axşamı BMT-nin Humanitar Məsələlər Ofisi və BMT-nin Qaçqınlar Agentliyi Rusiyanın Ukraynaya təcavüzündən zərər çəkənlərə 5,6 milyard dollarlıq yardım üçün müraciət edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?