Gundemxeber.az » Dünya » Rusiya Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır
Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 23-ü günün sonuna qədər ölkəni tərk etmək tələb olunub", - XİN-in məlumatında deyilir.
Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.
Xatırladaq ki, daha əvvəl Avstriya 4 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.
Gundemxeber.az
21-12-2014, 19:59
11-06-2015, 18:38
24-04-2017, 11:08
17-03-2018, 19:52
23-10-2013, 11:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?