Gundemxeber.az » Dünya » Vaşinqtonun Ukraynaya uzaq mənzilli raketlər verməklə bağlı fikri dəyişir
ABŞ Ukraynaya ATACMS ballistik raketləri və F-16 döyüş təyyarələrinin təhvil verilməsini nəzərdən keçirməyə başlayıb. Qərb artıq pilotların hazırlanmasına başlamağa hazırdır.
Gundemxeber.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə fevralın 21-də Kiyevə səfəri zamanı amerikalı siyasətçi, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol bildirib.
Onun sözlərinə görə, Ukraynaya uzaqmənzilli silahların göndərilməsi məsələsində Vaşinqtonunun fikri dəyişməyə başlayıb.
Makkol etiraf edib ki, ABŞ administrasiyası və Milli Təhlükəsizlik Şurası arasında Ukraynaya hansı silahın və hansı zamanda göndərilməsi məsələsində fikir ayrılığı var. Lakin bu məsələdə artıq irəliləyiş əldə olunub.
“Mən artilleriya və təyyarələrin göndərilməsi istiqamətində artan impulsu görürəm. Və istənilən halda biz pilotları hazır vəziyyətə gətirmək üçün hazırlığa başlaya bilərik” – Makkol deyib.
Bundan əlavə, amerikalı deputat Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra bildirib ki, Ukrayna lideri ona lazım olan silahların siyahısını verib. Siyahıya həm F-16, həm də ATACMS daxildir.
GUNDEMXEBER.AZ
28-11-2022, 10:07
3-08-2017, 13:30
28-02-2014, 13:50
2-04-2018, 10:07
15-04-2014, 10:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?