GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Britaniya nəşri Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı geniş məqalə dərc edib

Britaniya nəşri Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı geniş məqalə dərc edib

Tarix: 22-02-2023, 17:35 Bölmə :Dünya Baxış: 166

Londonda fəaliyyət göstərən “The New Arab” nəşri Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı geniş məqalə dərc edib.

Gundemxeber.az APA-ya istinadla xəbər verir ki, məqalədə ötən ay törədilmiş ölümcül hücumun 1979-cu il inqilabından sonra Tehranda adi hala çevrilmiş xarici diplomatik missiyalara hücumlardan hələlik sonuncusu olduğu qeyd edilib. Vurğulanıb ki, yanvarın 27-də baş vermiş bu hücum iki ölkə arasında əlaqələrin pisləşməsinə çox böyük təsir edib.

“İnsident zamanı səfirliyin təhlükəsizlik xidmətinin rəisi qətlə yetirilib, daha iki əməkdaş yaralanıb. Cavabında Bakı Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmaqda tərəddüd etməyib və bütün səfirlik heyətini ailələri ilə birlikdə təxliyə edib. Azərbaycan Prezidenti İlham Əliyev bunu terror hücumu adlandırıb və onun hökuməti İranı təhlükəsizliklə bağlı daha əvvəl qaldırılan narahatlıqlara cavab verməməkdə günahlandırıb”.

Məqalədə qeyd edilib ki, İran tərəfindən həm xarici işlər naziri, həm də digər yüksək vəzifəli rəsmilər hücumun ailə-məişət zəminində baş verməsində israr ediblər, lakin onların iddiaları Bakıdakı həmkarları tərəfindən tənqid edilib.

“2020-ci il Qarabağ müharibəsindən sonra iki ölkə arasında gərginlik yüksək həddə olub. Müharibədən sonra İran Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı casusluq fəaliyyətləri göstərməyə icazə verməkdə ittiham edib. Cavabında Bakı Tehranı Azərbaycandakı terrorçu qrupları dəstəkləməkdə günahlandırıb. Daha sonra isə Azərbaycan səfirliyinə hücum baş verib”, - deyə məqalədə bildirib.

Məqalədə qeyd edilib ki, İranın digər ölkələrlə siyasi gərginlikləri onların səfirliklərinə hücumla nəticələnir:

“İranın digər ölkələrlə siyasi gərginliyinin onların Tehrandakı səfirliyinə hücumla nəticələnməsinin uzun tarixi olduğu üçün bu insident də çox şübhəli görünüb. Azərbaycan səfirliyinə basqın İranda diplomatik missiyaların hədəfə alınması zəncirinin sonuncu halqası idi”.

Yazıda İranda xarici diplomatik missiyalara hücum ənənəsi ilə bağlı geniş məlumata yer verilib.

“Tehrandakı səfirliklərə hücumlar 1829-cu ilin fevralında Rusiya səfirliyinin qarət edilməsi ilə başlayıb. Hücum İranın bugünkü Ermənistan, Gürcüstanın bir hissəsi və Azərbaycandan böyük əraziləri itirməsi ilə nəticələnmiş İkinci Rusiya-İran müharibəsinin (1826-1828) başa çatmasından cəmi bir il sonra baş verdi. Səfirliyin işğalı insanların Rusiya səfirliyi qarşısında toplanması ilə başladı. Rusiya səfiri Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən silahlı döyüş və səfirliyin talan edilməsi ilə başa çatdı. Rusiya səfirinin qətlə yetirilməsindən sonrakı 150 il ərzində İranda heç bir səfirlik hədəfə alınmayıb. Bu, 1979-cu il inqilabı ilə dəyişdi və bundan sonra Tehrandakı səfirliklərə hücumların tezliyi və sayı kəskin şəkildə artdı”.

Qeyd olunub ki, 1979-cu ilin 11 fevralında şah rejiminin çökməsindən cəmi üç gün sonra ABŞ-nin Tehrandakı səfirliyi solçu silahlılar tərəfindən hücuma məruz qaldı. Bundan bir ay sonra - 26 mart 1979-cu ildə üzünü Fələstin şərfi ilə bağlamış 50 gənc kişi 1979-cu il İsrail-Misir sülh razılaşmasına etiraz olaraq Tehrandakı Misir səfirliyinə hücum edib: “O vaxtdan bəri İran və Misir heç vaxt siyasi əlaqələri bərpa etməyiblər”.

Qeyd olunub ki, bundan sonra 20-ci əsrin ən çox bilinən səfirlik hücumu baş verib:

“4 noyabr 1979-cu il, saat 10:00-da özlərini “İmamın xəttinin müsəlman tələbə ardıcılları” adlandıran radikallar ABŞ səfirliyinə hücum ediblər və Vaşinqtondan çevrilişdən sonra ABŞ-də qalan şahın təhvil verilməsini tələb ediblər. Hücum İranın birinci ruhani lideri Ruhulla Xomeyninin tam dəstəyini alıb. 444 günlük bu girov böhranı müvəqqəti hökumətin çökməsi, İran və ABŞ arasında siyasi əlaqələrin kəsilməsi və islamçıların ölkədə daha çox siyasi quruma nəzarəti ələ keçirməsi ilə nəticələnib. O vaxtdan bəri Tehrandakı xarici diplomatik missiyalara hücum radikal islamçıların vərdişinə çevrilib.

Həcc ziyarəti zamanı şiə etirazçıların Səudiyyə polisi ilə qarşıdurma nəticəsində öldürülməsinə etiraz olaraq 1 avqust 1987-ci ildə Səudiyyə Ərəbistanı və Küveytin səfirlikləri hücuma məruz qalıblar. Hücum nəticəsində bir Səudiyyə diplomatı öldürülüb, Küveyt səfirliyinə od vurulub və Ər-Riyad on ildən çox bir müddətə Tehranla siyasi əlaqələrini kəsib”.

Məqalədə qeyd edilib ki, praqmatik mühafizəkar olan Əkbər Haşimi Rəfsəncani (1989-1997) və islahatçı Məhəmməd Hatəminin (1997-2005) prezidentliyi dövründə Tehrandakı diplomatik missiyalar təhlükəsiz və sakit dövr yaşayıb:

“Lakin bu, 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçkisində qalib gəlməsindən sonra dəyişib. 6 fevral 2006-cı ildə 400 Bəsic silahlısı Məhəmməd peyğəmbərin Danimarka qəzeti “Jyllands-Posten”də karikaturasının dərc edilməsinə etiraz olaraq Tehrandakı Danimarka səfirliyinə “Molotov kokteyli” ilə hücum edib. Silahlılar eyni zamanda Avstriya səfirliyinə də hücum etsələr də, binaya daxil ola bilməyiblər.

Pakistan isə diplomatik missiyası hücuma məruz qalan daha bir müsəlman ölkəsi olub, lakin bu, güclü olmayıb. Hücum 2009-cu ilin fevralında Pakistanda İran diplomatının öldürülməsinə etiraz edən bir qrup ruhaninin liderliyi ilə baş tutub. 2009-cu ilin iyununda Əhmədinejadın yenidən (prezident) seçilməsindən sonra İrana beynəlxalq təzyiq və sanksiyalar artıb. 29 noyabr 2011-ci ildə Bəsic İranın şimalındakı və Tehranın mərkəzindəki Britaniya diplomatik missiyalarına hücum edib. Polisin heç bir müqaviməti olmadan diplomatik binalara daxil olan silahlılar Britaniya bayrağını endirib, idarələri qarət edib, kraliçanın başıaşağı tutulmuş portreti ilə şəkil çəkdirib və səfirliyin bağçasında camaat namazı qılıblar. Cavabında Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb və İranın bütün diplomatlarını ailələri ilə birlikdə ölkədən çıxarıb”.

Qeyd olunub ki, 2016-cı ilin 3 yanvar tarixində Səudiyyə Ərəbistanının səfirliyi növbəti dəfə hədəf alınıb. Bu zaman hücumun motivasiyası şiə ruhani şeyx Nimr əl-Nimrin Səudiyyə həbsxanasında edam edilməsi olub.

Məqalədə vurğulanıb ki, İran tərəfi girov böhranına səbəb olan hücum istisna olmaqla qalan bütün hücumların “adi etirazçılar” tərəfindən törədildiyini və hökumətlə əlaqəsi olmadığını bəyan edib. Bununla belə, Britaniya səfirliyinə hücumdan sonra İcmalar Palatasında çıxış edən Britaniyanın sabiq xarici işlər naziri Viliam Heyq İran rəsmilərinin səfirliyi qoruya bilməməsi və ya bu cür addımın rejimin cüzi də olsa, icazəsi olmadan baş verə bilməsi fikrinin xəyalpərəstlik olduğunu deyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrailin Türkiyədəki səfirliyinə hücum olub

    İsrailin Türkiyədəki səfirliyinə hücum olub ...

    22-09-2016, 13:02

  • 
  • Tehranda Xomeyni məqbərəsi yaxınlığında bomba zərərsizləşdirildi

    Tehranda Xomeyni məqbərəsi yaxınlığında bomba ...

    7-06-2017, 14:20

  • 
  • “Prezident İlham Əliyev Ermənistan prezidentinǝ tutarlı cavab verdi”

    “Prezident İlham Əliyev Ermənistan prezidentinǝ ...

    1-05-2014, 10:32

  • 
  • Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə

    Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı ...

    22-01-2017, 00:16

  • 
  • Tehranda xəstəxanada partlayış - 20 NƏFƏR HƏLAK OLDU

    Tehranda xəstəxanada partlayış - 20 NƏFƏR HƏLAK ...

    1-07-2020, 12:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu