GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Dövlət nazirliyindən” qovulan Ruben Vardanyan: “Heç yerə getməyəcəyəm”

“Dövlət nazirliyindən” qovulan Ruben Vardanyan: “Heç yerə getməyəcəyəm”

Tarix: 24-02-2023, 16:07 Bölmə :Dünya Baxış: 181


Cümə axşamı günü sepratçı “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsindən azad edilən Ruben Vardanyan oranı tərk etməyəcəyini bəyan edib

“Bilirəm ki, mənim “Artsaxda” (Qarabağ – red.) olmağımla bağlı təzyiqlər var, lakin qeyd edirəm ki, mən harasa getməyə hazırlaşmıram. Mən burada işləyəcəyəm”, Vardanyan bildirib,”İnterfaks” xəbər verir.

Ötən gün separatçı “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan vəzifəsindən azad edilib.

Onun vəzifədən çıxarılması Laçın-Xankəndi yolundadakı etiraz aksiyası və Azərbaycanla Ermənistan liderlərinin sülh danışıqlarının davam etdirilməsi ilə bağlı açıqlamadan sonra baş verib.

Dünən keçirilmiş iclasda tanınmamış “DQR prezidenti” Araik Arutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsi haqqında “fərman” imzaladığını bildirib.

O, Ruben Vardanyanın bu vəzifədə dünyada “Artsax” (ermənilər Qarabağı belə adlandırır ) haqqında məlumatlandırılması və blokada zamanı bir çox daxili problemlərin həlli üzrə əməyini yüksək qiymətləndirib.

“Araik Arutyunyan dövlət naziri vəzifəsini, onun peşəkarlıq və insani, ədalətlilik, prinsipiallıq və vətənpərvərlik xüsusiyyətlərini nəzərə alaraq, baş prokuror Qurgen Nersisyana təklif etdiyini bildirib”, – Qarabağ Mərkəzi İnformasiya Departamentinin məlumatında deyilir.

Ruben Vardanyan kimdir?

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Vardanyanın Rusiya tərəfindən Qarabağa “xüsusi gündəliklə” göndərildiyini bildirib.

İlham Əliyev həmçinin Azərbaycanın Qarabağdakı ermənilərlə danışıqlara hazır olduğunu, lakin bu danışıqların “Moskvanın göndərdiyi” Vardanyanla olmayacağını bildirib.

Ruben Vardanyan həm Rusiya, həm də Qərbdə əlaqələri olan biridir və ingilis dilini mükəmməl bilir. Onun Qarabağ ermənilərinin məsələlərini dil bacarıqlarından və əlaqələrindən istifadə edərək dünyaya çatdırmaq imkanı hazırkı erməni liderlərdən daha böyükdür.

Ancaq bəzi ermənilərin də Qarabağa yad biri kimi gördüyü Vardanyanın məhz bu imkanları Bakının marağında olmadığından, o Bakı-Xankəndi arasında hər hansı mümkün əməkdaşlığa təhlükə kimi görülürdü.

____________________________________________________________

Təhlil

Xanım Cavadova, BBC

Prezident İlham Əliyev keçən həftə Münhen Təhlükəsizlik Konfransında demişdi ki, Qarabağ erməniləri ilə danışıqlara hazırdır, lakin bu o zaman baş verə bilər ki, Vardanyan oranı tərk etsin.

O, keçən ilin sentyabrında Qarabağa gəlmiş və dövlət naziri elan edilmişdi. Onun gəlişindən sonra azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlamışdı.

Azərbaycan Prezidenti onu Rusiya tərəfindən “Qarabağa ixrac edilmiş şəxs” adlandırıb. Qarabağı tərk etməyəcəyini deyən Vardanyan isə öz xalqının yanında qalacağını demişdi. Ermənistanda və Qarabağda yaxşı xarici əlaqələrinə görə bəziləri onu xilaskar kimi görsə də, adı çirkli pulların yuyulmasına dair araşdırmada keçib. Eləcə də, Qarabağda onu “kənar adam”, “aranı qarışdıran” adlandıranlar var.

Onun yerinə haqqında çox məlumat olmayan Qurgen Nersisyan təyin olunub.

Yeni təyinatın kimliyindən asılı olmayaraq, belə görünür ki, Xankəndində kimin lider olmayacağını birbaşa olmasa da, təzyiqlə də olsa, rəsmi Bakı diktə edir.

Bu isə Bakının Xankəndi ilə danışıqlara gedə biləcəyinə yaşıl işıq sayıla bilər.

___________________________________________________________

Vardanyanın Qarabağa gəlişindən öncə, Azərbaycan Xankəndidəki bəzi icma liderlərilə danışıqlar apardığını açıqlamışdı. Ötən ilin avqustunda Azərbaycan meliorasiya rəsmiləri və Qarabağ hakimiyyəti Sərsəng su anbarına birgə baxış keçirmişdilər.

Ruben Vardanyanın gəlişilə dondurulmuş belə əməkdaşlığın yenidən canlana biləcəyinə ümidlər yaranıb.

Xarici İşlər Nazirliyi deyir ki, Azərbycan “Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib”.

Azərbaycan və Ermənistan rəsmiləri bu yaxınlarda sülh danışıqlarını davam etdirəcəklərini açıqlayıblar.

Ruben Vardayan BBC-nin Hard Talk verilişinə müsahibəsində Qarabağı tərk etməyəcəyini və “öz xalqının yanında” qalacağını demişdi.

Onun Qarabağdakı separatçı rejimin dövlət naziri elan edilməsindən sonra azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayıblar.

Aksiya iştirakçıları Qarabağda təbii sərvətlərin istifadəsinə qarşı etiraz etdiklərini bildirirlər.

Ermənistan yolun bağlandığını, Azərbaycan isə yolun mülkü şəxslər və Rusiya sülhməramlılarının hərəkəti üçün açıq olduğunu bildirir.

Vardanyana qarşı həm Ermənistanda, həm də Qarabağda münasibət birmənalı deyildi.

Ermənistanda Nikol Paşinyanın müttəfiqi olan millət vəkili Gagik Melkonian Vardanyana qarşı tənqidlər səsləndirərək onun Qarabağı tərk etməli olduğunu bildirib.

Lakin Qarabağda onu dəstəkləyənlər də var və bəziləri hesab edirlər ki, o, Qarabağı dünyada tanıtmaq üçün güclü liderdir.

Qurgen Nersisyan kimdir?

Qurgen Qarnikoviç Nersisyan 1985-ci ildə Xankəndidə doğulub.

2007-ci ildə “Artsax Dövlət Universiteti”nin iqtisadiyyat və hüquq fakültəsini bitirib, Hüquqşünas ixtisasını alıb.

2008-2009-cu illərdə Mardakert (Ağdərə) rayon prokurorunun köməkçisi, 2009-cu ildən Stepanakert şəhər və “DQR Baş Prokurorluğu”nda müxtəlif vəzifələrdə işləyib.

2020-ci il iyul ayından hüquq-müdafiə sahəsində çalışdığı bildirilir.

11 fevral 2021-ci ildə “DQR baş prokuroru” vəzifəsinə təyin olunub.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi

    Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi ...

    21-10-2020, 14:44

  • 
  • Erməniləri talonla ərzaq almağa məcbur edən kimdir?

    Erməniləri talonla ərzaq almağa məcbur edən ...

    10-01-2023, 23:08

  • 
  • “Xilaskar” kimi gəldi, “peşka” kimi getdi - Başqa cür ola da bilməzdi...

    “Xilaskar” kimi gəldi, “peşka” kimi getdi - Başqa ...

    11-02-2023, 15:40

  • 
  • “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək istəyir” - Moiseyevdən ŞOK İDDİA

    “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək ...

    5-09-2022, 16:55

  • 
  • Vardanyan “kartı” oynanıldı və atıldı? – “Dövlət nazirni” ictimai diskursdan çıxarblar

    Vardanyan “kartı” oynanıldı və atıldı? – “Dövlət ...

    13-02-2023, 17:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu