Avropa İttifaqı Şurası ölkədəki repressiyalar və Minskin Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləməsi səbəbindən Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri daha bir il - 2024-cü il fevralın 28-dək uzadıb.
Gundemxeber.az bildirir ki, bu barədə şuranın bəyanatında deyilir.
Qərar, sənəddə qeyd olunduğu kimi, “ölkədə vəziyyətin davam edən ciddiliyini, həmçinin Belarusun Rusiya hərbi əməliyyatlarında davamlı iştirakını” nəzərə alaraq qəbul edilib.
Qeyd edək ki, 2020-ci ilin avqust ayından etibarən Aİ Belarusa qarşı sanksiyalar tətbiq edir. Məhdudlaşdırıcı tədbirlər Aİ ölkələrinə səyahət qadağası, bir sıra fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasından ibarətdir. Ümumi siyahıya hazırda Prezident Aleksandr Lukaşenko da daxil olmaqla 195 nəfər, həmçinin 34 təşkilat daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?