Gundemxeber.az » Dünya » Simonyandan Moskvaya çağırış: “Bir az sakitləşin”
Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvanın Qərbin vasitəçiliyi ilə aparılan danışıqları tənqid etməsini “konvulsiya”, özündən çıxma kimi səciyyələndirib.
O deyib ki, Rusiya tərəfi daha təmkinli və daha sakit olmalıdır. Onun fikrincə Moskva etiraf etməlidir ki, Ermənistanın təhlükəsizliyi məsələsini həll edə bilmir:
“Əlbəttə, Rusiya rol oynayır və oynamaya bilməz, çünki onun orda (Qarabağda-red) sülhməramlıları dayanıb. Bununla belə mən hesab edirəm ki, o “konvulsiyalar” və Moskvadan gələn reaksiyalar artıqdır. Bu adətən o vaxt baş verir ki, hansısa tərəf nə isə müsbət bir iş görmək istəyir”.
O Moskvanın reaksiyalarını həddən artıq emosional adlandırıb:
“Hesab edirəm ki, onlar bir az sakit, təmkinli olmalı və başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və geosiyasi təbədüllatlardan və ya kiminsə istək və qısqanclığından asılı olmayaraq həll ediləsi təhlükəsizlik problemləri var”.
Simonyan xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var:
“Hə bəs onda haradasınız? Niyə iştirak etmirsiniz? Əgər edə bilmirsinizsə, bunu açıq demək lazımdır. Bu halda bəlkə də oturub həll yolu tapa bilərik. Amma biz nə baş verdiyini görürük, axı…”
GUNDEMXEBER.AZ
23-10-2013, 11:10
16-03-2017, 21:37
20-07-2018, 15:37
14-08-2013, 01:10
10-02-2014, 12:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?