Gundemxeber.az » Dünya » “Bloomberg”: İranın planları İsrailin zərbəsini yaxınlaşdıra bilər
İsrail Rusiyanın S-400 zenit-raket komplekslərini əldə etmək istəyinə görə İranın nüvə obyektlərinə zərbə endirmək qərarını tezləşdirə bilər.
Gundemxeber.az. xəbər verir ki, bu barədə “Bloomberg” İsrail və ABŞ-dakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İran Rusiyadan S-400-lər almağa çalışır. İsrail isə bunu Tehranın nüvə obyektlərinə potensial zərbələr üçün maneə kimi görür. Agentlik mənbələrə istinadən yazır ki, İranın S-400-ləri əldə etmək perspektivi “mümkün hücumla bağlı qərarın qəbulunu sürətləndirəcək”.
Agentliyin iki həmsöhbəti bildirib ki, Tehran bu ilin sonuna qədər 10 bomba hazırlamaq üçün 60%-ə qədər zənginləşdirilmiş kifayət qədər urana malik olacaq.
GUNDEMXEBER.AZ
14-07-2013, 19:25
6-05-2016, 02:25
14-07-2017, 12:38
11-09-2015, 17:08
27-01-2021, 14:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?