Gundemxeber.az » Dünya » ABŞ Rusiya baş nazirinin müavininə və Ermənistandan olan hüquqi şəxsə sanksiya tətbiq etdi
ABŞ Rusiya Federasiyası ilə əlaqəsi olan onlarla fiziki və hüquqi şəxsə qarşı növbəti sanksiya paketini tətbiq edib. Siyahıya Rusiya baş nazirinin müavini Marat Xusnullin də daxil edilib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qurum Rusiyadan 10, Çindən 12, Ermənistan və Suriyadan bir hüquqi şəxsi qara siyahıya salıb. Sanksiya siyahısına “MegaFon”, “Yunarmiya” və “Rusatom” şirkətləri də daxil edilib. Bundan əlavə, Rusiya Federasiyası ilə əlaqəli 19 ticarət gəmisi ABŞ-nin məhdudiyyətləri altına düşüb.
ABŞ Rusiya Dövlət Nəqliyyat Lizinq Şirkətinin baş direktoru, Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Yevgeni Ditrikə də sanksiya tətbiq edib.
“Metalloinvest” və “Patriot” özəl hərbi dəstəsi də məhdudiyyətlərə məruz qalıb.
GUNDEMXEBER.AZ
21-10-2016, 00:11
26-11-2020, 10:50
8-11-2017, 20:43
29-10-2017, 11:43
5-06-2013, 08:51
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?