ABŞ-ın "Fox News” televiziya kanalı səsvermə aparatları istehsalçısı "Dominion Voting Systems" şirkətinə məhkəmədənkənar təzminat olaraq 787,5 milyon dollar ödəməyə razılaşıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, "Dominion" ilə razılaşmanı şərh edən "Fox News" etiraf edib ki, "Dominion"la bağlı bəzi iddialar yalan çıxıb”
Dominion bundan əvvəl səsvermə maşınlarının Donald Trampın 2020-ci il prezident seçkilərində uduzması üçün "saxtakarlıq" edildiyini iddia etdiyi üçün yayımçını məhkəməyə vermişdi. "Fox News" və "Dominio"n arasındakı razılaşma ABŞ tarixində bir media şirkəti ilə bağlı məhkəmədənkənar ən böyük böhtanla bağlı razılaşmadı
Müşahidəçilər qeyd edirlər ki, məhkəmədənkənar razılaşma sözün əsl mənasında son anda əldə olunub. Dünən gecə Delaver ştatının məhkəmə işində artıq andlılar heyəti təyin edilmişdi, növbəti addım faktiki məhkəməyə başlamaq idi - şahidlərin çağırılması, ifadələr, sənədlərin araşdırılması, işə aid daxili yazışmalar və s.
Məhkəmədə "Dominion" tərəfindən tələb olunan şahidlər arasında, xüsusən də "Fox Corp."-un direktorlar şurasına rəhbərlik edən Rupert Merdokun özü, şirkətin baş direktoru vəzifəsini tutan oğlu Laklan Merdok, eləcə də "Dominion" səsvermə maşınlarından istifadə etməklə baş vermiş seçki saxtakarlığı ilə bağlı verilişlərin hazırlanmasında iştirak etmiş bir sıra televiziya aparıcıları və kanalın redaktorları.
ABŞ mediası qeyd edir ki, ilkin araşdırmalar zamanı bu sənədlərdən bəziləri artıq ictimaiyyətə açıqlanıb və onlarda bir sıra telekanal əməkdaşları bir-biri ilə söhbətdə maşınların saxtakarlıq etməsi iddialarının "dəlilik” olduğunu etiraf ediblər, lakin buna baxmayaraq, TV kanal yenə də bunun Donald Trampın 2020-ci il prezident seçkilərində məğlub olmasının səbəblərindən biri olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?