Gundemxeber.az » Dünya » Daha bir erməni deputat Bayrağımızın yandırılmasına etiraz etdi: - “Axmaq anlamır ki…”
Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında Azərbaycan Bayrağının yandırılması ilə balı İrəvanda müzakirələr davam edir. Aram Nikolyanın etdiyi iyrənc hərəkətdən sonra erməni cəmiyyətinin onu “qəhrəman” elan etməsi heç də birmənalı qarşılanmayıb.
Gundemxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, ilk açıqlama Ermənistan parlamentinin deputatı Ağazaryandan gəlmişdi. O, dünya ictimaiyyətindən bu məsələyə görə üzr istəmişdi. Üstəlik, bayrağın yandırılmasını “barbar xalqın ənənələri” kimi təqdim etmişdi.
Dünən isə daha bir deputat Azərbaycan Bayrağının yandırılmasına etiraz edib. “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hakob Aslanyan Aram Nikolyanın hərəkətini axmaqlıq adlandırıb. “”Axmaq Azərbaycan bayrağını yandıranda həycanlı idi. İndi “Hayeli” klubunun başqa bir axmaqı sadalamağa başlayır ki, “baxın, azərbaycanlılar Macarıstanda belə ediblər, Çexiyada ermənilərə belə ediblər”. Bu axmaq başa düşə bilmir ki, bu hərəkəti etməklə Ermənistana hörmət qazandırmırsan. Əgər kişisənsə, bunu başqa idman meydanlarında da elə. Avropada və ya başqa yerlərdə”.
Aslanyan deyib ki, Azərbaycan heç vaxt öz ölkəsində Ermənistan bayrağını yandırmayıb. “Onlar bizdən daha mədənidirlər. Bizdə isə hansısa axmaq bayraq yandırır, cəmiyyət onu alqışlayır. Belə adamı “vətənpərvər” kimi təqdim etməsk isə gülüncdür”.
GUNDEMXEBER.AZ
15-04-2023, 20:00
21-09-2017, 22:43
21-11-2019, 11:30
12-11-2013, 13:41
9-05-2015, 00:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?