Gundemxeber.az » Dünya » Türkiyədə 1 mayla bağlı yürüşə polis müdaxilə etdi - Jurnalist və iştirakçılardan saxlanılanlar var
Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü münasibəti ilə İstanbulda keçirilən yürüşü polis dağıdıb.
Gundemxeber.az Türkiyə mətuatına istinadla xəbər verir ki, Xalq Qurtuluş Partiyası (HKP) və Ümid Birliyinin üzvlərindən ibarət olan qrup Beşiktaşın Barbaros Bulvarında toplaşaraq Taksim meydanına doğru yürüş etmək istəyib.
Ara-sıra “Taksim ictimaiyyətə bağlana bilməz”, “Taksimə 1 May qadağan edilə bilməz” kimi şüarlar səsləndirən qrupun yürüşünə polis icazə verməyib. Polis qrupa dağılışmaq üçün xəbərdarlıq edib. Xəbərdarlıqlara baxmayaraq, yürüşə davam etmək istəyən qrupa polis müdaxilə edib.
Məlumata görə, qrup üzvlərindən bəziləri saxlanılıb.
Saxlanılanlar arasında aksiyanı izləyən jurnalist Zeynep Kuray da var.
Xatrladaq ki, prezident Ərdoğan da xalqa 1 mayla bağlı təbrik mesajı ünvanlayıb.
Gundemxeber.az
3-07-2017, 00:00
11-06-2013, 11:44
30-06-2013, 01:13
3-06-2013, 01:38
15-05-2013, 20:54
Sorğu
Yeni dizaynımız necədir?