Gundemxeber.az » Dünya » "Taxıl sazişi" ilə bağlı İstanbulda dördtərəfli görüş keçiriləcək
Türkiyənin ev sahibliyi ilə 10-11 may tarixlərində "Taxıl sazişi" ilə bağlı Ukrayna, Rusiya Federasiyası və Birləşmiş Millətlər Təşkilatı ilə ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən danışıqlarda Dünya ərzaq təminatı və təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edən "Taxıl dəhlizi"nin sürətli, təhlükəsiz və səmərəli fəaliyyəti ilə ərzaq məhsullarının qiymətlərində sabitliyi təmin etməklə, ehtiyacı olan ölkələrə dəyən zərərin qarşısını almaq üçün "Taxıl sazişi"nin uzadılması müzakirə olunacaq.
Nazirlik qeyd edib ki, həmçinin münaqişə şəraiti ilə əlaqədar Ukrayna limanlarında qapalı vəziyyətdə qalan Türkiyənin ticarət gəmilərinin və onların ekipajlarının geri qaytarılması üçün ətraflı və təhlükəsiz təxliyə planının yaradılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Xatırladaq ki, 2022-ci ilin iyul ayının 22-də İstanbulda Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur. 120 gün müddətinə bağlanan müqavilələr ötən ilin noyabrında eyni müddətə uzadılıb. "Taxıl sazişi"nin müddəti mayın 18-də başa çatacaq.
9-01-2023, 17:22
24-02-2023, 23:03
2-03-2016, 21:12
15-07-2022, 10:05
18-07-2013, 17:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?